![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/The_image_of_Hazrat_Masoumeh%2527s_shrine.jpg/640px-The_image_of_Hazrat_Masoumeh%2527s_shrine.jpg&w=640&q=50)
Fatimə-i Məsumə türbəsi
From Wikipedia, the free encyclopedia
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə.
Fatimə-i Məsumə türbəsi | |
---|---|
حرم فاطمه معصومه | |
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Növü | İmamzadə, məqbərə[d], mədəni sərvət[d] |
Memarlıq üslubu | Səfəvi memarlığı[d] |
Ölkə | |
Koordinatlar | 34°38′30″ şm. e. 50°52′44″ ş. u. |
![]() |
Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir.
Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir.
Vəfat edəndə hələ cəmi 28 yaşında idi.