Fatehpur-Sikri
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib.
Fatehpur-Sikri | |
---|---|
27°05′28″ şm. e. 77°39′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 213 m[2] |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 5240 |
Poçt indeksi | 283110[4] |
Digər | |
fatehpursikri.gov.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir.
Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.
Fatehpur-Sikri 1569–1585-ci illər arasında inşa edilmişdir. Sistemli şəkildə planlanmış qalanın perimetri 14 kilometrdir, üç tərəfı qala divarları ilə əhatəlidir. Doqquz qala qapısı və bir tərəfında çox böyük süni göl salınmışdır. Qalanın içindəki böyük məscid geniş bir sahəni əhatə edir, üç tərəfındə dəhlizlər vardır. Dörd künclü cami ibadət yerləri ilə əhatələnmişdir, bunlar kiçik qübbəli hücrələrdir. Camenin şimalında iki türbə vardır, bunlardan biri Səlim Çistiyə aiddir. Camenin cənubunda "Bolənd Darvaza", yəni, "yüksək qapı" yerləşir, bu darvaza 44 metr hündürlükdə, 40 metr endədir, qapının önündə 42 pilləkan vardır. "Böyük Zəfər Qapısı" da deyilən "Bolənd Darvaza" Əkbər şahın Qucarat zəfərinin şərəfinə inşa edilmişdir. Fatehpur (Fəthipur) Sikrinin digər möhtəşəm tikintiləri "Codh Bai" sarayı və s. binalardır. Hindistanda ən məşhur memarlardan biri Əkbər Fəthulla Şirazinin rəhbərliyi altında Aqra və Fütehpur Sikridə güclü suqaldırıcı sistem inşa edilmişdir. Fatehpur-Sikri şəhəri qısa müddətdə paytaxt olsa da, Əkbər şahın öz qərarı ilə bir müddət sonra paytaxt yenidən Delhi şəhərinə köçürülmüşdür.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.