![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Dugong_Marsa_Alam.jpg/640px-Dugong_Marsa_Alam.jpg&w=640&q=50)
İran körfəzi
İranın cənubunda yerləşən Orta Şərqdəki ən vacib körfəz / From Wikipedia, the free encyclopedia
İran körfəzi[3][4][5] həmçinin fars körfəzi ( fars. خلیج فارس - Xəlic-e Fars; [6][7]) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Dugong_Marsa_Alam.jpg/640px-Dugong_Marsa_Alam.jpg)
Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var[8].İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər.
Iran Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Fars körfəzinə tökülür.
Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Fars körfəzi dənizlərlə oxşardır.[9]
Fars Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir.