![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a9/Shat_Al-Arab-Basra.jpg/640px-Shat_Al-Arab-Basra.jpg&w=640&q=50)
Şəttül-Ərəb
Ərvəndrud / From Wikipedia, the free encyclopedia
Şəttül-Ərəb (ərəb. شط العرب, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır.
Cəld faktlar Şəttül-Ərəbvə ya Ərvəndrud, Ölkə ...
Şəttül-Ərəb və ya Ərvəndrud | |
---|---|
ərəb. شط العرب, fars. اروندرود | |
![]() | |
Ölkə | |
Keçdiyi ərazilər | İraq, İran |
Mənbəyi |
Dəclə və Fərat çaylarının qovuşduğu Əl-Kurna məntəqəsi |
• Yüksəkliyi | 4 m |
Mənsəbi |
Əl-Kişla məntəqəsi, Fars körfəzi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 195 km |
Su sərfi | mənsəbdə 1 750 m³/san |
Hövzəsinin sahəsi | 884.000 km² |
![]() |
Bağla
Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir.