Məhəmməd Füzulinin Azərbaycan dilində divanı[1][2][3][4] — şairin üç divanından biri. Digər ikisi farsərəb dillərində yazılıb.[1] Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir[2]

Cəld faktlar Divan, Janr ...
Divan
azərb. دیوان
Thumb
Əsərin XVII əsrə aid əlyazması. AMEA Əlyazmalar İnstitutu
Janr divan
Müəllif Məhəmməd Füzuli
Orijinal dili Azərbaycan dili
Yazılma ili XVI əsr
Nəşr ili XVI əsr
Vikimənbənin loqosu Füzulinin Azərbaycan dilində divanı Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır.[5] Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir.[4] Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir.[5] Əlyazma iki miniatürlə bəzədilib.[4]

Divan bir neçə dəfə çap edilib.[2] Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib.[5] Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il)[2]. Füzulinin divanı 1961-ci ildə AMEA Ədəbiyyat İnstitutunda qədim əlyazmaya əsaslanaraq tərtib edildi və çapdan çıxdı.[3]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.