bitki cinsi From Wikipedia, the free encyclopedia
Exinasea (lat. Echinacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Exinasea | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Heliantheae Yarımtriba: Zinniinae Cins: Exinasea |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu cinsin adı çiçəyinin iynəşəkilli kasa yarpaqlarına görə yunancadan "kirpi" kimi tərcümə olunur. Bu cinsin Atlantik okeanı yaxınlığında və Şimali Amerika rayonlarında bitən 3 növü məlumdur. Yaşıllaşdırmada onların yalnız bir növündən geniş istifadə olunur. Al-qırmızı exinasea (E.purpurea Moench)- hündürlüyü 60 sm-ə çatan gövdəsi zərif tüklərlə örtülmüş çoxillik bitkidir. Dişcikli yarpaqları kökətrafı rozetə yığılmışdır. Səbətləri iridir, diametri 15 sm-ə çatır. Çiçəyin qıraqlarında al-qırmızı, bəzən ağ dilcikli çiçəklər, ortasında isə qızılı-sarı rəngli, boruşəkilli çiçəkləri vardır. Exinaseanın kökləri çox vaxt torpağın üzərinə çıxır və qışda tez donur. Exinaseanı toxum və qələmə çoxaltmaq olar. Qələmlə çoxaltmada əsasən yazda və payızda götürülmüş yaşıl zoğlar yararlıdır. Qələmləri 40x50 sm sxem üzrə torpağa əkirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.