Eskimos-aleut dilləri
From Wikipedia, the free encyclopedia
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının
Eskimos-aleut dilləri | |
---|---|
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Dil kodları | |
ISO 639-5 | esx |
LINGUIST List | eska |
IETF | esx |
Glottolog | eski1264 |
Vikianbarda əlaqəli mediafayllar |
subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000[1] nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir.
Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır. RF-də 1932-ci ildə latın, 1937-ci ildə isə Kirill qrafikası əsasında əlifbası tərtib edilmişdir.
Eskimos-Aleut dillərindən ən geniş yayılanı Qrenlandiya inuit dili, Şərqi Kanada inuit dili, İnyupik dili və Alyaska yupik dilidir.
Qərbi və Şərqi Kanada inuit dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir. Bu iki dili danışan əhalinin Kanadadaki rəsmi adı İnuitlər.
Alyaskada danışanı ən çox olan Eskimos-Aleut dili Alyaska yupik dili olub bu dildə danışan əhali 14 000 dən birəz fazladır[2]