Elnur Hüseynov
From Wikipedia, the free encyclopedia
Elnur Hussein (3 mart 1987, Aşqabad) — Azərbaycan estrada müğənnisi.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Elnur Hussein | |
---|---|
Elnur Hüseynov | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Elnur Hüseynov |
Doğum tarixi | (37 yaş) |
Doğum yeri | Aşqabad, Türkmənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, stilist |
Fəaliyyət illəri | 2003—hal-hazıradək |
Janrlar | pop, opera, rok, simfonik metal |
Musiqi aləti | piano |
Səs tembri | soprano |
Albom şirkəti | BEAT Music |
Təhsili |
|
Mükafatları |
O Səs Türkiyə (2015) — qalib Avroviziya – Milli finalın qalibi (2008) Avroviziya – 8-ci yer (2008) ESC Party – Best Live Act (2008) Sing Your Song – qran-pri (2003) |
Vikianbarda əlaqəli mediafayllar |
Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014–2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub.