Eleni Fureyra
Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri / From Wikipedia, the free encyclopedia
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır.
Eleni Fureyra | |
---|---|
yun. Ελένη Φουρέιρα | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Entela Fureray alb. Entela Fureraj |
Ləqəbləri |
Eleni Fureyra yun. Ελένη Φουρέιρα |
Doğum tarixi | (37 yaş) |
Doğum yeri | Fieri, Albaniya |
Vətəndaşlığı | Yunanıstan |
Milliyyəti | Albaniya |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, rəqqasə, modelyer |
Fəaliyyət illəri | 2007–h.h. |
Janrlar | Pop, Dans-pop |
Musiqi aləti | vokal |
Səs tembri | messo-soprano |
Albom şirkətləri |
Universal Music Greece Minos EMI Panik Records |
elenifoureira.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır. Onun dördüncü studiya albomu Vasilissa 2017-ci ildə işıq üzü görmüşdür.
Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə müsabiqə tarixindəki ən yaxşı nəticəsi olan 2-ci yeri qazandırmışdır.