![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Synot_Tip_Arena_-_Viktoria_Plzen_-_FC_Barcelona_0-4.jpg/640px-Synot_Tip_Arena_-_Viktoria_Plzen_-_FC_Barcelona_0-4.jpg&w=640&q=50)
Eden Arena
From Wikipedia, the free encyclopedia
Eden Arena (çex. Eden Aréna) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən futbol stadionu. "Slaviya Praqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 20.617 nəfərdir. Açılışı 7 may 2008-ci ildə olmuşdur. Stadionun əvvəlki adı "Sinot Tip Arena" (çex. Synot Tip Aréna) olub.[3]
Cəld faktlar Yeri, Təməli qoyulub ...
Eden Arena | |
---|---|
![]() | |
![]() | |
Yeri | Praqa, Çexiya |
Təməli qoyulub | 15 sentyabr 2006 |
Açılış tarixi | 7 may 2008 |
Sahibi | CEFC China Energy[1] |
Tamaşaçı tutumu | 20.617[2] |
Ev sahibi komanda |
Slaviya Praqa (2008–) Bohemians 1905 (2010–2012) |
Meydançanın ölçüləri | 105x68 |
Ot örtüyü | Ot |
Rəsmi saytı | |
![]() |
Bağla
Eden Arena 30 avqust 2013-cü ildə "Bayern Münhen" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçına ev sahibliyi edib.[4][5] UEFA Superkuboku uğrunda görüş bu oyuna qədər ənənəvi olaraq Monakodakı II Lui stadionunda keçirilirdi.[6]