![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e6/Dehname._titul_sehifesi.jpg/640px-Dehname._titul_sehifesi.jpg&w=640&q=50)
Dəhnamə (Xətai)
From Wikipedia, the free encyclopedia
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir.[1][2] 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır.[3]
Cəld faktlar Dəhnamə, Janr ...
Dəhnamə | |
---|---|
![]() "Dəhnamə" əlyazmasının titul səhifəsi | |
Janr | məsnəvi |
Müəllif | Şah İsmayıl Xətai |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1506 |
Nəşr ili | 1506 |
Bağla
Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir.[1]