Düz xətt
From Wikipedia, the free encyclopedia
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir.
Düz xəttin aşağıdakı xassələri vardır:
- İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar.
- Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir.
Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur:
- düz xətlər paraleldirlər;
- düz xətlər kəsişirlər;
- düz xətlər perpendikulyardırlar;
- düz xətlər çarpazdır;
Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur.