Düsseldorf
From Wikipedia, the free encyclopedia
Düsseldorf (Düsseldorfⓘ) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin paytaxtıdır. Reyn çayının bir hissəsi Düsseldorf ərazisindən keçir. Əhalisi 583.829 nəfərdir (2009). Və Almaniyanın ən böyük şəhərlərindən biridir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Düsseldorf | |||||
---|---|---|---|---|---|
Düsseldorf | |||||
|
|||||
51°13′52″ şm. e. 6°46′20″ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
İlk məlumat | 1135 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 38 ± 1 m | ||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 02104, 0211, 0203 | ||||
Poçt indeksi | 40210, 40211, 40212, 40213, 40215, 40217, 40219, 40221, 40223, 40225, 40227, 40229, 40231, 40233, 40235, 40237, 40239, 40468, 40470, 40472, 40474, 40476, 40477, 40479, 40489, 40545, 40547, 40549, 40589, 40591, 40593, 40595, 40597, 40599, 40625, 40627, 40629 | ||||
Nəqliyyat kodu | D | ||||
Digər | |||||
duesseldorf.de | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Düsseldorf şəhəri Almaniyanın qərbindəki Reyn-Rur bölgəsində yerləşir. 2009-cu ilin statistikasına görə, 217 kvadrat kilometr sahəsi olan Düsseldorfun əhalisinin sayı 584 min nəfərdir. Düsseldorf şəhər statusunu 1288-ci ildə alıb. Şəhərin adı Düssel çayından götürülüb. Reyn çayının şimalında — Düssel çayının Reyn çayına töküldüyü yerdə yerləşir.
Düsseldorf 50 rayona bölünmüş 10 dairədən ibarətdir və Reyn-Rur bölgəsinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhəridir. Şəhər reklam, telekommunikasiya texnologiyaları sahəsində aparıcı mərkəz, həmçinin "Almaniyanın modalar şəhəri" hesab olunur. Düsseldorf şəhəri rəssamlıq akademiyaları, muzeyləri və üzərində dünyanın ən böyük elektron saatı asılmış televiziya qülləsi ilə məşhurdur. Müasir incəsənətin ən tanınmış nümayəndələri öz işlərini Düsseldorf Münsterdəki İncəsənət Akademiyasında davam etdirirlər.
Dünya turizm agentlikləri Düsseldorfu "pivə şəhəri" adlandırır. Almanlar özləri isə bu şəhərə "dünyanın ən uzun barı" deyirlər. Çünki şəhərin qədim hissəsində — Qədim şəhərdə (almanca: Altstadt) 250 pivəxana fəaliyyət göstərir.
Düsseldorf əhalisinin yaşayış səviyyəsinə görə dünyada 6-cı, bahalığa görə isə 5-ci yeri tutur. Almaniyada Frankfurtdan sonra ikinci ən böyük bank və birja mərkəzidir.