Döyüş baltası mədəniyyəti
From Wikipedia, the free encyclopedia
Döyüş baltası mədəniyyəti[1] (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi.
Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir[2][3].