From Wikipedia, the free encyclopedia
Bütün Yaponiya tələbələrin özünüidarəetmə liqası (yap. 全日本学生自治会総連合; Zen Nihon Gakusei Jichikai Sō Rengō) və ya, qısaca, Dzenqakuren (yap. 全学連; Zengakuren) — 1948-ci ildə yaradılan Yaponiya kommunist və anarxist tələbələr qurumu.
II Dünya Müharibəsi zamanı viran edilən tələbə hərəkatları 1945-ci ildə dirçəlişini yaşadıblar.[1] Universitet tələbələri və ort məktəb şaqirdləri kampuslarında, məktəblərində və yataqxanalarında demokratlaşma hərəkatlarını başlayırdılar. Müharibə avqust ayında qurtarıb və ondan sonra sentyabr ayında, Mito Orta Məktəb (indiki İbaraki Universiteti) şaqirdləri etiraz aksiyalarını eləməyə başlayıblar. Onların tələbi, məktəb direktorunu və militarist müəllimlərin istefası və müharibə zamanı məktəbdən kənarlaşdırılan müəllimlərin qayıdışı idi.[2] Müharibədən sonra Yaponiya ABŞ tərəfindən işğal olunub. İşğal idarəçiliyi keçmiş hökumətin tərəfindən həbs olunuş siyasətçiləri, o cümlədə solçu siyasi liderləri azadlığa buraxıblar. Bunnan əlavə, solçu siyasi fəlsəfəçilər artıq öz fikirlərini açıq şəkildə ifadə etməyə imkanı geri alıblar. Beləliklə, müharibədən əvvəl Kommunist liderləri 1946-cı ildə qanuni olaraq Kommunist Partiyasını yaradırlar. O zaman, Sosialist Partiyası da yenidən qurulub[3] və bir sıra həmkarlar ittifaqı yaradılıb.[4] Həmin ilin may ayında Yaponiyada ilk dəfə detallı təklifləri olan, tələbə assosiasiyası yaratmağa cəhdi universitet rəsmilərin tərəndən qəbul olunub və beləliklə, uğurla başa çatdı. Bu Vaseda Universitetində baş verib və onnan sonra bir sıra universitetlərin tələbələri bunu nümunə götürüb, öz assosiasiyaları yaradıblar.[5]
1 fevral 1947-ci il tarixinə ümumi etiraz tətili planıaşdırılıb. Halbuki, ABŞ işğal idarəçiliyi ona qadağa qoyub. YKP qadağa ilə razılaşıb və beləliklə, plan ləğv olunub. Bir sıra tələbə buna görə narazı idi. Beləliklə, onlar bir sıra universitetdə fərqli təşkilatları qurmağa başlayıblar. Bu təşkilatların üzvləri təhsilin yenidən qurulmasını, akademik azadlıqları, "müharibə cinayətkarı" saydıqları lektorları istefasını tələb edirdilər.[4]
Yaponiyanın demokratikləşmə prosesin kontekstində, tələbələrin universitetlərinin idarə etməkdə iştrakı təbii kimi görünürdü. Bu iştrak idarəetmənin dörd pilləsində nəzərdə tutula bilər:
Əksərən, tələbələr ancaq sonuncu pilləyə nail ola biliblər. Yaponiya tələbələr hərəkatı elə bu cür tələbə mərkəzlərinin və yataqxanalarının nəzarəti üçün qurulan özünü idarə etmə assosiasiyaları ətrafında dirçəlişini yaşayıb.[6]
1946-1948 illər arasında regional və milli tələbə assosiasiyalraı yaratmağa bir neçə uğursuz cəhdi olub.[7]
Qurum 1948-ci ildə 145 universitetin şurası tərəfindən yaradılıb. O vaxt, Yaponiya Kommunist Partiyasının (YKP) quruma böyük təsiri var idi. Halbuki, 1955-ci ildən sonra, Dzenqakurendə YKP-ya qarşı tənqidi (Yaponiya yeni solçuluq mövqesindən) onun əsas ideoloji hissələrdən birinə çevirib.[8]
1959-cu ildə Yaponiyanın bir sıra solçu siyasi qüvvələr və o cümlədə, Dzenqakuren də Təhlükəsizlik Müqaviləsinin Təshihinə Qarşı Milli Şura (yap. 安保条約改定阻止国民会議; Anpo Jōyaku Kaitei Soshi Kokumin Kaigi) adlı koalisiya yaradıblar.[9]
1960-cı ildə Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinin təshihindən sonra, qurum üç əsas qrupa bölünüb:[10]
1960-cı ildə birinci Haneda olayı baş verib. Təhlükəsizlik müqaviləsinin təshihi ilə əlaqədar ABŞ prezidenti Dvayt Eyzenhaver Yaponiyaya iyulun 19-da gəlməli idi. Ondan əvvəl isə, iyulun 10-da Yaponiyaya ağ evinin məlumat katibi, Ceyms Hagerti gəlib. O, gəldiyi Haneda hava limanından çıxarkən dərhal maşına girib, çünki ətrafdaonu gözləyən etirazçılar var idi. Onlar əsasən Dzenqakurenın anti-meynstrim firqəsi ilə Sohyo həmkarlaq ittifaqının Kanaqava rayon şurasının üzvləridən ibarət idi. Hagertinin maşını etirazçılar tərəfindən qomarlanıb. Bundan sonra onlar maşını bir tərəfdən obiri tərəfə yellədib, qanadlarını əziblər, kapotuna oturublar və bir saat ərzində, pəncərəsinə şüarlarını qışqırıb, mahnılarını və tələblərini oxuyublar.[11]
2006-cı ilin martın 14-dən bəri, Dzengakuren Hosei Universiteti etirazlarda iştrak edir.[4][12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.