Duzlu göl (Bakı)
Bakıda göl From Wikipedia, the free encyclopedia
Bakıda göl From Wikipedia, the free encyclopedia
Duzlu göl və ya Qızılı göl[1] – Bakının Suraxanı rayonunda, Zığ–Hövsan avtomagistralının yaxınlığında yerləşən göl. Göldə çimmək qadağan olunsa da, gölü şəfa mənbəyi hesab edən insanlar yayda gölə axın etməyə davam edirlər.
Duzlu göl | |
---|---|
Yerləşməsi | |
40°20′26″ şm. e. 49°59′35″ ş. u.HGYO | |
Ölkə | |
|
Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər.[2] Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər.[3]
Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, Füzuli və Qubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər.[2]
Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub. Gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmışdır.[2] Buna baxmayaraq, gölə giriş məhdudlaşdırılmadığı üçün insanlar göldə çimməyə davam edirlər.[3] Bəzi şəxslər göldə çimdikdən sonra yeni dəri xəstəliklərinə yoluxduqlarını iddia edirlər.[4]
Duzlu gölün 200–300 metr yaxınlığında Yodlu göl yerləşir.[5] Bəzi ziyarətçilər Yodlu gölün Duzlu göldən daha müalicəvi olduğunu düşündükləri üçün bu göldə çimməyə üstünlük verirlər.[3] İnsanlar bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkirlər.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.