Duvr Atletik FK
From Wikipedia, the free encyclopedia
"Duvr Atletik" FK (ing. Dover Athletic F.C.) — İngiltərənin Kent qraflığının Duvr şəhərini təmsil edən futbol klubu. Klub 1983-cü ildə, şəhərin əvvəlki təmsilçisi "Duvr"un dağılmasından sonra yaradılıb. "Duvr Atletik" 1989–1990 mövsümündə Cənub liqası çempionatının qalibi olsa da, Milli liqaya yüksələ bilməyib. Buna səbəb, klubun stadionunun tələb olunan standartlara uyğun gəlməməsi olub. Üç mövsüm sonra komanda yenidən Cənub liqasında qələbə qazanmış və bu dəfə Milli liqaya yüksələ bilmişdir. Klub burada doqquz mövsüm keçirdikdən sonra yenidən Cənub liqasına yuvarlanıb. "Duvr Atletik" 2008-ci ilin aprelində Birinci divizionun cənub çempionatının qalib olmuş və İstmiy liqasının premyer-divizionuna yüksəlmişdir. Klub növbəti il bu divizionun çempionatının qalibi olub və Cənub Milli liqasına yüksəlib. Komanda bu səviyyədə beş mövsüm keçirib. "Duvr Atletik" 2013–2014 mövsümündə yuxarı liqaya vəsiqə verən turnirin finalında "Ebbsflit Yunayted"i məğlub edərək turnirin qalibi olmuş və bununla da 2001–2002 mövsümündən bu yana ilk dəfə olaraq Milli liqaya yüksəlmişdir.
Duvr Atletik FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Duvr Atletik Futbol Klubu | |||
Ölkə | İngiltərə | |||
Ləqəb(lər) | Ağlar (ing. The Whites)[1] | |||
Yaranma tarixi | 1983[1] | |||
Stadionu | Krebbl Atletik stadionu[2] | |||
Tutumu | 5,745 (1,010 oturacaq sayı)[3] | |||
Prezidenti | Cim Parmenter[4] | |||
Baş məşqçisi | Kris Kinner | |||
Liqa | Milli liqa | |||
2017–18 | 8 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Komandanın oyunçuları adətən ağ formada çıxış etdiyindən Ağlar (ing. The Whites) ləqəbini daşıyırlar. Komanda yarandığı andan indiyədək ev oyunlarını Krebbl stadionunda keçirir. Klubun İngiltərə Kubokunda ən yaxşı çıxışı, 2010–11 və 2014–2015-ci illər mövsümlərində üçüncü mərhələyə çıxmaq olub. Komandanın Futbol assosiasiyası mükafatında (İngiltərənin yarıpeşəkar klublarının arasında keçirilən kubok turniri) ən yaxşı çıxışı, 1997–1998 mövsümündə yarımfinala çıxmaq olub.