Dubrovnik Universiteti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Dubrovnik Universiteti (xorv. Sveučilište u Dubrovniku, lat. Universitas Studiorum Ragusina) — Xorvatiyanın Dubrovnik şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Vesna Vrtiprahdır.
Xorvatiyanın ən gənc universiteti olan Dubrovnik Universitetinin əsası 2003-cü ildə qoyulmuşdur. Belə ki, həmin ilin 1 oktyabr tarixində Xorvatiya Təhsil və Texnologiya Nazirliyinin təklifi ilə Xorvatiya Respublikasının Hökuməti yekdil qərarına əsasən Dubrovnik Universitetinin yaradılması ilə bağlı Akt qəbul edildi. Beləliklə Dubrovnik Universiteti hüquqi status əldə edir və bundan sonra 16 noyabr 2003-cü il tarixində Dubrovnik Ticarət Məhkəməsinin Qeydiyyatına daxil edilmişdir.
Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Universitetin 7 departamenti var:
Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanaları bunlardır[4]:
2010/2011 tədris ilində universitetdə 1,975 tələbə təhsil almışdır[1]; müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 151 nəfər idi[5].
Universitetə rəhbərliyi rektor edir. İndiyə kimi cəmi iki rektoru olub:
Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.
Universitet beynəlxalq fəaliyyəti dəstəkləməkdə və gündəlik fəaliyyətində bunu təşviq etməkdədir[6]. Universitetin strateji inkişafında beynəlxalq əməkdaşlıq, xüsusilə də EHEA (Avropa Ali Təhsil Sahəsi) və ERA (Avropa Araşdırma Sahəsi) ilə əməkdaşlıq böyük əhəmiyyətə malikdir[6].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.