From Wikipedia, the free encyclopedia
Drangiana, Dranga - Əhəmənilər dövlətinin tarixi bölgəsi, eləcə də inzibati ərazisi. Drangiana Həmun (Zareh) gölləri hövzəsində, İranın daxili axarsız hövzəsində və Hilmənd çayının aşağı axarlarında (indiki İran və Əfqanıstanın qonşu vilayətləri) yerləşən qədim tarixi-coğrafi vilayətdir.[1] Bölgənin bir hissəsi Əfqanıstanın cənub-qərb bölgəsinə aiddir.
Drangiananın mərkəzi şəhəri Zranka idi. Qədim İran adı olan Zranka (sonralar Z(a)ranq) e.ə. 1-ci minilliyin birinci yarısına aiddir, Zarangiana (Zapayyıavıj) adı, həmçinin yerli xalqların (Zapayyäıı və ya Lapayydı) adları buradan götürülmüşdür. Ümumən qədim zamanlarda Drangiana ərazisində qədim iran mənşəli xalqlar yaşamışdır. Yunanlar onları saranqianlar və ya drangianlar adlandırırdı. E.ə. VII əsrin ortalarında Drangianada yaranmış siyasi birliklər Madanın təsiri altında olmuşdur. Drangiana Əhəmənilər dövlətinin şərqindəki əsas vilayətlərdən biri idi: Bisütun kitabəsində qeyd olunan Drangiana Herodotun əsərində saxlanılmış Əhəməni vergi dairələri siyahısında Bəlucistanın, Məkranın və indiki İranın cənub-şərq hissəsinin daxil olduğu XIV satraplığa aid edilirdi. Antik müəlliflər (Arrian, Diodor, Strabon və b.) Drangiana ərazisində yaşayan və Əhəməni işğalçılarına ciddi müqavimət göstərən ariasplar (evergetlər) tayfasının adını qeyd edirlər. E.ə. VI əsrdə Drangianada zərdüştilik yayılmışdı. Bəzən Drangiananı qonşu Araxosiyanı idarə edən satrap idarə edirdi.
E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Drangiananın paytaxtını (ellinist müəlliflərdə Proftaziya; adətən indiki Fərəh ş. ilə eyniləşdirilir) tutdu, bundan sonra Drangiana sakinlərinin ellinləşdirilməsi prosesi başladı. Makedoniyalı İsgəndərin ölümündən sonra, e.ə. 323-cü ildə Drangiananı Soloidən (Kipr) olan Stasanor idarə edirdi. Daha sonra isə, e.ə. 321-ci ildə isə bölgəyə digər kiprli Stasandros hakimlik etmiş.
E.ə. III əsrdən Selevkilərin hakimiyyəti altında idi. E.ə 206-205-ci illərdə III Antioks özünün növbəti anabasisi zamanı Drangianada yenidən Seleviklərin hakimiyyəti bərpa etdi. Yunan-Bəlx çarlığı tərkibində Drangiana ərazisində kənd təsərrüfatı sürətlə inkişaf edirdi, şaxələnmiş suvarma sistemi yaradılmışdı. E.ə. II əsrdə Drangiana Parfiya imperiyasının tərkibinə qatılmış. Drangianada köçəri, xüsusilə sak mənşəli tayfaların məskunlaşması ilə (e.ə. 2-1 əsrlər) Drangiananın qədim adı gəlmələrin etnonimini əks etdirən Sakastan (Sicistan, Sistan) adı ilə əvəzləndi. E.ə. I əsrdə Sakastanla qonşu olan ayrıca əyalət, Sasanilər dövründə isə Sakastandakı vilayət də Drangiana adlanırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.