Domaniç müharibəsi
From Wikipedia, the free encyclopedia
Domaniç müharibəsi və ya İkizcə döyüşü Osmanlı bəyliyinin həyata keçirdiyi 3-cü müharibə olmuşdur.
Domaniç müharibəsi | |||
---|---|---|---|
Bizans-Osmanlı müharibələri | |||
Tarix | 1287 | ||
Yeri | Domaniç, İkizcə | ||
Səbəbi | Ərtoğrul Qazinin rəhbərliyi altında olan Qayılar XIII əsrin ikinci rübündə Domaniç və Söyüddə məskunlaşmışdılar. Bu vəziyyətdən narahat olan Bizans imperiyasının bu ərazidəki təkfurları Qayıları aradan götürmək və Domaniç ilə Söyüdü geri almaq istəyirdilər. Müharibənin səbəbi isə Qayıların Domaniç yaylasında olduğu bir vaxtda İnəgöl və Qaracahisar təkfurlarının ordularından ibarət olan birləşmiş Bizans ordusunun İnəgöldən hərəkət edərək Domaniç dağını keçməklə Çərşənbə yaylasındakı Qayılara hücum etməsidir. | ||
Nəticəsi | Qəti türk qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Bu müharibə Osmanlı imperiyasının qurulması mərhələsində mühüm qırılma nöqtəsidir. Osmanlı imperiyasının yaranmasına yol açan ən mühüm tamamlayıcı mərhələlərdən biri hesab olunur. Osmanlı siyasi təşkilatının inkişafının müxtəlif mərhələləri mövcuddur. Hər bir siyasi hadisə, müharibə və ya ərazi ələ keçirmə Osmanlı imperiyasının dövlət olma müddətini təmin etmişdir. Domaniç və Söyüddən başlayaraq Bursanın alınmasına qədər uzanan yarım əsrdən çox bir müddət ərzində davam etmiş olan məskunlaşma və təşkilatlanma prosesi Osmanlı imperiyasının yaradılış mərhələləridir. Çünki Osmanlı imperiyası 1299-cu ildə birdən-birə yaradılmamışdır. Dövlət, kritik dönüş nöqtələrindən keçərək yavaş-yavaş yaradılmışdır. Məhz dövlətin yaradılması zamanı baş vermiş olan "Domaniç müharibəsi" Osmanlı imperiyasının kritik dönüş nöqtələrindən və mühüm təməl daşlarından biri olmuşdur.