Dnestryanı müharibəsi — Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.
Cəld faktlar Tarix, Yeri ...
Dnestryanı müharibəsi |
---|
|
Tarix |
2 mart - 21 iyul 1992-ci il |
Yeri |
Dnestryanı |
Nəticəsi |
Dnestryanı de-fakto müstəqil respublika elan olundu, lakin de-yure olaraq Moldovanın tərkib hissəsi kimi tanınır. |
|
İqor Smirnov Aleksandr Lebed
|
Mirçea Snequr
|
|
14,000 nizami ordu 9,000 milis 5,000 könüllü
|
25,000-35,000
|
|
364-913 ölü 624 yaralı[1]
|
279-324 ölü 1,180 yaralı[2]
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib.[3]