Diyallı
İsmayıllı rayonunda kənd From Wikipedia, the free encyclopedia
İsmayıllı rayonunda kənd From Wikipedia, the free encyclopedia
Diyallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Diyallı | |
---|---|
40°46′22″ şm. e. 48°13′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 780 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3115[1] |
Diyallı İcra Nümayəndəliyinə daxil olan kəndlər-Diyallı,Sədiyan və Güyüm kəndləri
Diyallı rayon mərkəzindən 10 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şose yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir.[2]
Toponim: di tatca “iki”(Oqtay İsmayıllının fikrincə yunanca) və yal komponentlərindən ibarət olub, “iki yallı yerdə salınan kənd” mənasındadır.[mənbə göstərin] Həqiqətən də kəndin şimalında iki qoşa zirvə, yal vardır.[mənbə göstərin] Toponim öz adında coğrafi mövqeyi əks etdirmişdir.[mənbə göstərin] Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və vadi qeydə alınmışdır.[mənbə göstərin]
Lətifə Əliyevanın “Diyallı” kitabından götürülmüş məlumata əsasən, indiki Diyallının ilk sakinləri eramızdan əvvəl İraqdan köçmüş və kəndin adını özləri ilə gətirmişlər. Bu ilk köçkünlərin Dəlcə çayının qolu olan Diyala çayı ətrafında-Diyala mahalında yaşayan türk-şumerlər olduğuna inanılırdı. Rəvayətə görə, onlar ərəb-yəhudi tayfalarının hücumları nəticəsində buraya gələrək kənd salmışlar.[mənbə göstərin]
1859-1864-cü ilə olan məlumata əsasən Diyallı kəndində 91 evdə 282 nəfəri kişilər, 225 nəfəri isə qadınlar olmaqla 507 nəfər sünni təriqətli müsəlman Azərbaycan türkü yaşayırdı.[3] Əhalisi 1620 nəfərdir ki onun da 819 nəfəri kişi, 801 nəfəri qadındır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.