Diqorlar
Şimal-Qərbi Qafqazda yaşayan etnik qrupu / From Wikipedia, the free encyclopedia
Diqorlar (Diqor ləhcəsi: дигорон[3] - digoron, cəm halı: digoræ, digorænttæ - digoræ, digorænttæ; İron ləhcəsi: дыгурон - dyguron, cəm halı: didur, didurættæ - dygur, dygurættæ) - osetinlərin alt qrupudur. SSRİ-də 1937-ci ilə qədər ayrı bir dil hesab edilən Şərqi İran dillərindən sayılan osetin dilinin diqor ləhcəsində danışırlar. 1937-ci ildən bu yana osetin dilinin dialekti sayılır. Digər ləhcəni-iron ləhcəsi danışan ironlar diqorlar başa düşmürlər, baxmayaraq ki diqorl iron ləhcəsini tam başa düşür. Çünki iron ləhcəsi osetin xalqının rəsmi dili idi və məktəblərdə rəsmi olaraq tədris olunurdu. 2002-ci il Rusiya siyahıyaalınmasına görə 607,[4] 2010-cu ildəki siyahıyaalınmaya görə isə cəmi 223 diqor Rusiyada yaşayırdı.[5] Dialekti danışan 100.000-dən çox insan olmasına baxmayaraq, əksəriyyəti özünü osetin olaraq təqdim edir.[6] Diqorlar, əsasən, Diqora, İrafski, Mozdok rayonlarında və Vladiqafqaz, Şimali Osetiya, həmçinin Kabarda-Balkariya, Türkiyə və Suriyada yaşayır.
Ümumi sayı | |||
---|---|---|---|
~100,000 (təxmini)[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Osetin dilinin diqor ləhcəsi | |||
Dini | |||
Daxildir | |||
Osetinlər | |||
Qohum xalqlar | |||
İronlar |