Diastola
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Diastola (yun. diastole, mənası: Genişlənmə) — ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur. Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur.
Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.
Doastola fazası özü 4 yarımfazaya bölünür[1][2][3]:
1. Boşalma yarımfazası: aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması;
2. İlkin yüklənmə/dolma ("aktiv diastola") yarımfazası: ürək mədəciklərinin açılmış taylı qapaqlardan qanı bir növ sovuraraq qəbul etməsi;
3. Diastaza yarımfazası (Əvvəllər ilkin yüklənmə yarımfazasına aid edilirdi):
4. Son yüklənmə/dolma yarımfazası: qulaqcıqların yığılmasından taylı qapaqların qapanmasına qədər ki zaman kəsiyi;
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.