Deyr-Yasin qətliamı
Deyr-Yasin kəndində kütləvi qırğın / From Wikipedia, the free encyclopedia
Deyr-Yasin qətliamı — 1948-ci il 9 aprel hadisələri gedişində ərəblərin Deyr-Yasin kəndi sionist-revizionistlərin radikal təşkilatlarına aid olan yəhudi yarım hərbi silahlı dəstələri İrgun və Lehi tərəfindən tutuldu. Kəndə edilən hücum nəticəsində[1], müxtəlif hesablamalara görə, 107-dən 254-ə qədər kənd sakini öldürülmüş, 12 nəfər yaralanmışdır. Təcavüzkarların bölmələri ümumilikdə 132[2] nəfər dəstə üzvü olmaqla 5 nəfərin öldüyünü və 50 nəfərin yaralandığını bildirmişdir.[2]
Cəld faktlar Tarix, Yeri ...
Deyr-Yasin qətliamı | |
---|---|
Ərəb-İsrail müharibəsi (1947-1949-cu illər) | |
| |
Tarix | 1948-ci il 9 aprel |
Yeri | Deyr-Yasin |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bir sıra İsrail mənbələrinə görə, "Deyr-Yasindəki qırğın" ifadəsi obyektiv deyil, təbliğat və Fələstin təssübkeşliyi məqsədi daşıyır.[2]
Hadisənin şahidlərinin ifadələri və qiymətləndirmə son dərəcə ziddiyyətlidir.