From Wikipedia, the free encyclopedia
Desfluran fluran qrubundan yeni dövr inhalyasion anestetiklərindən olub, yaxşı hipnotik, lakin zəif analgetik və əzələ relaksasiya təsirə malikdir. 1992-ci ildən sintez olunmağa başlanılmış desfluran demək olar ki, indiki dövrdə anesteziyada gniş tətbiq olunmaqdadır. Sələflərindən tez təsirli, bədəndən tez xaric olma, həlim anestesiya effektliliyi, minimal toksikliyi ilə müsbət şəkildə fərqlənir. Desfluran Almaniya, Avstriya və İsveçrədə Bekster firmasının istehsal etdiyi Suprane adı ilə tanınır.
Desfluran | ||
Kimyəvi birləşmə | ||
IUPAC | Desfluran | |
Brutto- formul | C3H2F6O | |
Mol. kütlə | 168.038 g/mol | |
CAS | ||
PubChem | ||
DrugBank | ||
Təsnifatı | ||
ATK | N01 | |
Farmakokinetika | ||
Metabolizm | olunmur | |
Ekskresiya | renal | |
Dərman forması | ||
Desfluranın maye kimi sıxlığı 1,465 q/ml olub, qaynama temperaturu 22,8 °C, buxar təzyiqi 20 °C 88,5 kPa-dır. Aşağı qaynama temperaturuna malik olduğuna görə onun istifadəsi üçün xüsusi dozimetr qurğu gərəkdir[1].
Desfluran rasemat, yəni aşağıdakı iki enantiyomerin 1: 1 qarışığıdır:[2]
Desfluranın qanın qaz tərkibində yayılma dərəcəsi 0,42-dir. Belə ki, desfluranın alveol qovucuqlarında 1 həcm faizi, qanda 0,42 həcm faizinə bərabərdir. Desfluranın tez bir zamanda yuxuya getmə və yuxudan ayılma qabiliyyətinə malik olması, onun alveollardan qana yüksək keçmə xüsusiyyəti ilə izah olunur, lakin desfluranın qanda həllolma dərəcəsi zəifdir. Onun minimal alviol konsentrasiyası (MAK) 6%-dir. Bununla da o, izofluran və sevoflurandan fərqli olaraq bir qədər zəif potensiyaya malikdir. Desfluranın digər bir zəif cəhəti isə nəfəs yolu selikli qişalarına qıcıqlandırıcı təsir eməsidir ki, bu da bronxospazmlara və larinqospazmlara gətirib çıxara bilir. Bu məqsədlə giriş narkozu qismində istifadəsi məsləhət görülmür[1].
Desfluranın metobolizm dərəcəsi çox aşağı olub, 0,1% təşkil edir. Bu xüsusiyyətinə görə də qaraciyər toksikliyi çox zəifdir. Qaraciyəri zədəli yaxud xəstə olan pasiyentlərin narkozunda istifadəsi üçün tam müvafiq sayılır. Digər inhalyasion anestetiklər kimi desfluran da beyindaxili təzyiqi artırır, eyni zamanda bədxassəli hipertermiyaya səbəb ola bilir[1].
Anesteziya təsiri əsas nəzəriyyəyə əsasən desfluranın sinir membrabında zülal, lipid və su ilə müştərək və mürəkkəb əlaqəsi ilə izah edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.