From Wikipedia, the free encyclopedia
1910–20-ci illərdə Dağıstanın ayrı-ayrı kəndlərində həvəskar dram dərnəkləri yaranmış və sonralar onların əsasında peşəkar teatrlar formalaşmışdır. Mahaçqalada M. Qorki adına Respublika Rus Dram Teatrı (1925), Qumuq Musiqili Dram Teatrı (1930, 1955 ildən A.P. Salavatov ad.), Lak Musiqili Dram Teatrı (1935, 1952 ildən Ə. Kapiyev ad.), Avar Musiqili Dram Teatrı (əsası 1935-ci ildə Xunzax k.-ndə qoyulmuşdur, 1951-ci ildən H. Sadasa ad.), Kukla teatrı (1941), Opera və balet teatrı (1999), Dərbənddə Azərbaycan Dram Teatrı (1930), S. Stalski ad. Ləzgi Musiqili Dram Teatrı (1938), Tatteatrı (1962); İzberbaşda O. Batıray ad. Dargin Musiqili Dram Teatrı (1961)[1]. Tabasaran dram teatrı (2001) fəaliyyət göstərir. Dağıstanın müxtəlif illərin teatr sənəti xadimləri arasında A.A. Maqayev, Z.N. Nəbiyeva, M.A. Abdulxalıqov, P.X. Xizroyeva, B.M. İnusilov, N.M. İbrahimov, N.M. Əliyev, Q.İ. İsayev və b. var.
1935-ci ildə Sovkralak aulunun sakinləri A. Abakarov, Y. Hacıqurbanov, M. Zakirbəyov və S. Qurbanov Mahaçqala da kəndirbazlar sənətinin özünəməxsus ənənələrini inkişaf etdirən “4 Sovkra” peşəkar kollektivini yaratmışlar. 1947-ci ildən kollektiv iki müstəqil qrupa (“Dağıstan kəndirbazları” və “Sovkra”) bölünmüşdür. 1984-cü ildə Mahaçqalada Dağıstan teatrlar tarixi muzeyi açılmışdır. Respublikada həmçinin Dağıstan mahnı və rəqs ansamblı, “Ləzginka” rəqs ansamblı, “Dağıstan gəncliyi” Qafqaz xalqlarının rəqsləri ansamblı fəaliyyət göstərir.
Mahaçqala şəhərində yerləşir. 1925-ci ilin oktyabrında yaradılmış. İlk peşəkar səhnə 9 oktyabr 1925-ci ildə Aleksandr Qriboyedovun "Ağıldan bəla" komediyası oynanılmışdır[2]. 1936-cı ildə teatra M. Qorkinin adı verilmişdir.[2]
Mahaçqalada, 1925-ci ildə yaradılmış. Pedoqoji texnikumun bazası əsasənda yaradılmış və rəsmi olaraq 1930-cu ildə Abdulhəmidin "Hindli qız" pyesi ilə açılmış.
Teatrın yaranmasında A. Maqayev böyük rol oynamışdır. Teatrın ilk rəhbərləri və rejisorları isə A.Maqayev, A.Artyomov, P.Şyanovski olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.