![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a0/Karakol_Lake_and_Village.jpg/640px-Karakol_Lake_and_Village.jpg&w=640&q=50)
Dağlıq Bədəxşan Muxtar Vilayəti
From Wikipedia, the free encyclopedia
Dağlıq Bədəxşan Muxtar Vilayəti (tac. Вилояти Мухтори Кӯҳистони Бадахшон) — Tacikistan Respublikası ərazisində yerləşən muxtar vilayət.
Dağlıq Bədəxşan Muxtar Vilayəti | |
---|---|
Вилояти Мухтори Кӯҳистони Бадахшон | |
![]() | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Xoroq |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2 yanvar 1925 |
Sahəsi |
|
Hündürlük | 7.496 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TJ-GB |
Telefon kodu | 3522 |
Poçt indeksi | 736000 |
Avtomobil nömrəsi | 04РТ |
![]() |
|
![]() |
15 avqust 1923-cü ildə Pamirdə Sovet hakimiyyəti bərqarar olduqdan sonra Türkistan Muxtar Sovet Sosialist Respublikası, Fərqanə vilayətinin tərkibinə Pamir Pamir dairəsi daxil edilir. 1925-ci ilin 2 yanvar tarixində SSRİ MİK Tacikistan Muxtar Sovet Sosialist Respublikası tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayətini təsis edir. 1929-cu ilin 16 oktyabrında Tacikistan SSR adı ilə SSRİ tərkibinə daxil edilir. 5 dekabr 1936-cı ildə adı Dağlıq Bədəxşan Muxtar Vilayəti olaraq dəyişdirilir. 4 avqust 1967-ci ildə təsərrüfat və mədəniyyət sahəsində tikintilərdə uğurlarına görə Lelin ordeni, 1972-ci ildə isə Xalqlar dostluğu ordeninə layiq görülmüşdür.
DBMV şimaldan Qırğızıstan, şərqdən Çin, cənub və qərbdən Əfqanıstanla sərhədə malikdir. Vilayətin ərazisi 64 100 km² (Tacikistan ərazisinin 44,9 %) təşkil edir.
Vilayətin inzibati mərkəzi Xoroq şəhəridir. Şəhərdə ümumilikdə 28,9 min nəfər yaşayır. Xoroqdan Düşənbəyə olan məsafə 527 km təşkil edir.