Daura – Mərkəzi Sudanda (indiki Nigeriya və Niger ərazisində) dövlət, hausaların əfsanəvi vətəni.[1]
Dövlət | |
Daura | |
---|---|
ing. Daura | |
13°02′11″ şm. e. 8°19′04″ ş. u.HGYO | |
Ölkə | Nigeriya |
Region | Katsina |
Başçı | Faruk Umar Faruk |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 474 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Eramızın 2-ci minilliyinin əvvəllərində meydana gəlmişdir. Ovçuluq ilahəsi və əfsanəvi hökmdar qadın Dauranın adı ilə adlandırılmışdır. “Yeddi hausa” adlı etnogenetik rəvayət Dauranın tarixi ilə bağlıdır. Rəvayətə görə, hausaların yeddi iri şəhər və dövlətlərinin baniləri Daura və Bağdad şahzadəsi Abayacidin (Bəyacid) övladları və nəvələridir. Ehtimal ki, Abayacid Əbu Yezid (10-cu əsrdə Şimali Afrikada yaşayan bərbərlərin Fatimilərə qarşı üsyanının başçısı) adının təhrif edilmiş formasıdır. Daura Böyük Səhranın ticarət mərkəzlərindən biri olsa da, Katsina və Kano kimi siyasi və hərbi nüfuza malik deyildi.
Siyasi quruluşu
1805-ci ildə Osmandan Fodionun cihadı zamanı fulbelər tərəfindən istila edilmiş Daura dövləti üç hissəyə parçalandı: fulbelər Daurası, zanqolar Daurası və baurelər Daurası 1907-ci ildə Mərkəzi Sudanın İngiltərə və Fransa arasında bölüşdürülməsindən sonra Fransa baurelər Daurası və zanqolar Daurasının bir hissəsini Nigerin tərkibinə qatdı, Dauranın qalan hissəsi isə İngiltərənin nəzarətində olan Şimali Nigeriya protektoratına qatıldı. Britaniya müstəmləkə orqanları orada fulbe sülaləsinin hüquqlarını ləğv edərək zanqoların hakimiyyətini bərpa etdi.[1]
Xarici keçidlər
- Katsina ştatının administrativ bölgüsü Arxivləşdirilib 2007-02-12 at the Wayback Machine
- Daurada GİOPİNİ layihəsinin şəkilləri Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.