From Wikipedia, the free encyclopedia
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir.
Dan yeli | |
---|---|
| |
Janr | müharibə |
Rejissor | Kamal Yaşar |
Prodüser | Müşviq Hətəmov |
İcraçı prodüser | Tofiq Musayev |
Ssenari müəllifi | Türkan Zamanova |
Operator | Əli Sultanov |
Bəstəkar | Azər Hacıəsgərli |
Rəssam | Arif Niftiyev |
İstehsalçı | Azərbaycanfilm |
Müddət | 35 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2019 |
Rəng | rəngli |
Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.[1]
Filmin quruluşçu rejissoru Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, operatoru Əli Sultanov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərli, ikinci rejissoru Elman Şeydayev, icraçı prodüseru Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.[1] Filmdə əsas rolları Rasim Cəfər, Məhəmməd Şəmmədzadə və Kəbirə Həşimli canlandırmışdırlar.[2]
Filmin ilk rejissoru başqa şəxs olsa da, o film üzərində işləməkdən imtina edib və filmin rejissorluğuna Kamil Yaşar keçib.[3] İlkin ssenaridə filmin adı "Protez" idi. O, 2 ay boyunca filmin ssenarisi üzərində işləyib, ssenari üzərində xeyli dəyişikliklər apararaq "müharibəsiz müharibə" filmi çəkməyə çalışmışdır.[4][5] Rejissor bu filmi çəkdiyi filmlər arasında ən bəyəndiyi filmi olduğunu bildirmişdir.[5]
Filmin çəkilişləri dörd ay davam edib və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilib.[1]
Filmin ssenaristi Türkan Zamanova 2019-cu ild baş tutmuş X Bakı Beynəlxalq Qısa Film Festivalında "ən yaxşı ssenari" kateqoriyasının qalib olmuşdur.[6] Film 2019-cu ildə Milli Kino Günü münasibətilə Nizami kinoteatrında, eləcə də, 2020-ci ildə baş tutmuş "Azərbaycan ailəsi" film festivalında nümayiş etdirilmişdir.[7][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.