Dəniz respublikaları
From Wikipedia, the free encyclopedia
Dəniz respublikaları (it. Repubbliche marinare) — İtaliyada Orta əsrlərdə yaranmış və inkişaf etməyə başlamış şəhər dövlətlərinə verilən ümumi ad. Şəhər dövlətlərindən ən tanınmışları Piza, Genuya və Venesiya şəhər dövlətləri olmuşdur. Bu dövlətlər bir-biri ilə istər iqtisadi istərsədə siyasi baxımdan rəqabət aparır və biri-digərini özündən aslı vəziyyətə salmağa çalışırdı. X-XIII əsrlərdə İtaliya şəhər dövlətləri Aralıq dənizində yerləşən ticarət yollarına nəzarət etmək və ərazidə daha da güclənmək üçün öz hərbi donanmalarını formalaşdırmağa başlamışdılar. Bu baxımdan şəhər dövlətlərinin donanmaları Səlib yürüşlərində iştirak edən hərbi birliklərə çox kömək etmişdir. Səlibçilərin dənizdən dəstəyini Venesiya şəhər dövləti başda olmaqla digər şəhər dövlətləri qarşılayırdı. Dəniz respublikaları öz mövcudluqlarını qoruyub saxlaya bilmək üçün müxtəlif zamanlarda böyük imperiyalar ilə vassal müqavilələri imzalamış və ya bir-birlərinə qarşı aparılan döyüşlərdə müttəfiqlərini hərbi donanma ilə təmin etmişdilər.
İtaliya tarixi | ||||
Qədim dövr
Orta əsrlər
Yeni dövr
Xüsusi mövzular
| ||||