From Wikipedia, the free encyclopedia
Cəbrayıl Rəşid oğlu Əhmədov (8 may 1952, Dəvəçi) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Cəbrayıl Əhmədov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Seçki dairəsi | 1995 — 93 saylı Xaçmaz-Dəvəçi |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Tahir Süleymanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 may 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Cəbrayıl Əhmədov 1952-ci il mayın 8-də Dəvəçi şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir.
Cəbrayıl Əhmədov ailəlidir, 2 övladı var.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 93 nömrəli Xaçmaz-Dəvəçi dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Cəbrayıl Əhmədov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Cəbrayıl Əhmədov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 55 saylı Beyləqan seçki dairəsi üzrə bitərəf deputat seçilmiş Novruz Quliyev 1998-ci ildə 93 saylı Xaçmaz-Dəvəçi seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü olaraq deputat seçilmiş Cəbrayıl Əhmədov partiyasından istefa vermiş və Gülnarə Qurbanova ilə birgə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.