From Wikipedia, the free encyclopedia
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur.[6]
Cüro Kurepa | |
---|---|
Ђуро Курепа | |
| |
Doğum adı | Đurađ Kurepa[1] |
Doğum tarixi | |
Doğum yeri | Majske Poljske, Avstriya-Macarıstan |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Belqrad, Serbiya |
Dəfn yeri | |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Alma-mater |
Zaqreb Universiteti Paris Universiteti |
Təhsili |
Zaqreb Universiteti Belqrad Universiteti |
Tanınır |
Çoxluqlar nəzəriyyəsi Riyazi məntiq |
Üzvlüyü |
|
Mükafatları | AVNOJ mükafatı[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır. Daha sonra Qlinada davam etdirmiş, Krijevçi şəhərində məktəbi bitirmişdir. 1931-ci ildə Zaqreb Universitetindən riyaziyyat və fizika üzrə diplom almışdır və həmin il müəllim köməkçisi kimi fəaliyyət göstərməyə başlamışdır. Sonra Fransa Kolleci və Paris Universitetinə daxil olaraq burada 1935-ci ildə doktorluq diplomu qazanmışdır. Onun məsləhətçisi Moris Rene Freşe idi və onun Ensembles ordonnés et ramifiés başlıqlı müddəası vardı.
Bundan sonra Polşada Varşava Universitetinə və Fransada Paris Universitetinə keçmişdir. 1937-ci ildə Zaqreb Universitetində professor köməkçisi, növbəti il dosent, 1948-ci ildə isə professor olmuşdur. İkinci dünya müharibəsindən sonra o, ABŞ-nin 5 universitetinə getmişdir: Kembricdə Harvard Universiteti, Çikaqoda Çikaqo Universiteti, Kaliforniya Universiteti, Mütərəqqi Təhsil İnstitutu və Kolumbiya Universiteti.
1965-ci ildə Kurepa Belqrad Universitetinə başçılıq etməyə başlamışdır. O, bir neçə cəmiyyətin üzvü olmuşdur. Aralarında Serbiya İncəsənət və Elmlər Akademiyası və Yuqoslaviya İncəsənət və Elmlər Akademiyası (1991-ci ildə adı Xorvatiya İncəsənət və Elmlər Akademiyası olmuşdur.[7]) Kurepa həmçinin Xorvatiya Fizika və Riyaziyyat Cəmiyyətinin qurucusu və prezidenti olmuşdur. "Balkan Riyaziyyatı" jurnalının baş redaktoru olmuşdur, Balkan Riyaziyyat Cəmiyyəti və Yuqoslaviya Milli Riyaziyyat Komitəsinin prezidenti vəzifəsini icra etmişdir. 1976-cı ildə AVNOJ mükafatını qazanmış və 1977-ci ildə Belqrad Universitetindən ayrılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.