Cubqa
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Cubqa — Krasnodar diyarının Tuapse rayonunda şəhər tipli qəsəbə (kurort qəsəbəsi). Cubqa şəhər qəsəbəsinin inzibati mərkəzi.
Cubqa | |
---|---|
rus. Джу́бга | |
44°19′06″ şm. e. 38°41′01″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Tuapsinski rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1864 |
İlk məlumat | 1864 |
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 5.574 nəfər (2021) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86167 |
Poçt indeksləri | 352843, 352844 |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsəbə Qara dənizin Cubqa körfəzinin sahilində və Cubqa çayının mənsəbində yerləşir. Ərazidə enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük edir. Rayon mərkəzindən 52 km şimal-qərbdə — Tuapse şəhəri yerləşir. Krasnodardan Cubqaya Adıgeysk, Qoryaçıy Klyuç və Xrebtovı marşrutu ilə 108 km uzunluğunda avtomobil yolu gəlir.
Cubqa çimərlikləri əsasən qumlu və qumlu-çınqıldır. Burada düşərgələr, avtoturizm bazaları və "Qolubaya buxta", "Qornı vozdux", "İnal" kimi müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərir. Müxtəlif pansionatlar da var.
Cubqa Aralıq dənizi iqlim zonasına daxildir. Yanvar ayının orta temperaturu +3,6 °C, iyul ayının isə 23,2 °C-dir. İllik yağıntıların miqdarı 1042 mm-dir. Yağıntılar əsasən payız-qış aylarında düşür.[1][2]
Ərazinin yerli əhalisi adıqlar Cubqa və çayın adın (adıq Жьыу́бгъу) kimi tələffüz edirlər.. Ən çox ehtimal edilən versiyaya görə, bu toponim zhybge (adıge zhy — "külək"; ubgun — "yaymaq") sözünə uyğundur. Tərcümədə — "yayılan külək" və ya — "gecə gözəli" deməkdir[3]. Toponimin mənşəyinin şapsuq variantı da var — zhequpdan — "düz yer". Toponimin hər iki tərcüməsi ərazinin coğrafi təsvirinə uyğundur. Çünki Cubqa çayının aşağı axınında vadi genişlənir və düz relyefdə axır.
Qəsəbə XIX əsrdə Kiçiq Şapsuqinin əsas mərkəzlərindən biri olmuş.[4] Qafqaz müahribəsindən sonra, 1864-cü ildə Cubqa kəndinin əsası qoyulmuşdur. Əvvəlcə kənd çayın mənsəbindən 2 km aralıda müasir Staniçka mikrorayonunun yerində yerləşirdi.
1904-cü ildə dövlət təhsil müəssisəsi olan kilsə məktəbinin binası tikildi. Yeni məktəb tikildikdən sonra hərbçilərin ixtiyarına verilmiş. Böyük Vətən Müharibəsi illərində xəstəxana kimi istifadə edilmişdir. 1965-ci il iyulun 13-də Cubqa kəndinə kurort kəndi statusu verildi.
2021-ci ilin siyahıyaalınmasına görə Cubqada 5574 nəfər yaşayır. 2002-ci ilin məlumatına görə milli tərkib belədir[5]:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.