From Wikipedia, the free encyclopedia
19 iyul 2024-cü ildə ABŞ kibertəhlükəsizlik şirkəti CrowdStrike təhlükəsizlik tətbiqinə edilmiş son dəyişiklikdəki səhvlər səbəbindən bulud mühitində işləyən Windows əməliyyat sistemində baş verən qlobal texniki nasazlıq aviaşirkətlərin, bankların, kommunikasiya və rabitə sistemlərinin, birjaların və s. işində çoxsaylı fasilələrə səbəb oldu. Problem ortaya çıxdığı gün müəyyən olunub həll olunsa da, sıradançıxmaya görə təcili yardım xidmətləri, banklar, hava limanları və digər təşkilatların kompüter sistemləri fəaliyyətini dayandırıb və ya səhv işləməyə başlayıb. Bir çox kompüterlərin açılmadığı bildirilir.[4] Hadisə "tarixin ən böyük İT kəsilməsi" kimi səciyyələndirilib.[5][6][7][8]
Problemə CrowdStrike kibertəhlükəsizlik sistemində edilən son yenilənmə səbəb olmuşdur.[9][10] Proqramdakı səhv "göy ölüm ekranları"nın görünməsinə səbəb olurdu.[11][12][13]
CrowdStrike şirkətlərin kompüterlərini kiberhücumlardan qorumaq üçün nəzərdə tutulmuş "The Falcon Sensor" adlı təhlükəsizlik proqramları paketi istehsal edir. Yenilənmələr CrowdStrike tərəfindən müştərilərinə kompüterlərinin yeni təhlükələri aradan qaldırmasına imkan yaratmaq üçün müntəzəm olaraq paylanır. İyulun 18-də problemli yenilənmə paylanmazdan əvvəl bəzi şirkətlərin Microsoft-un Azure bulud platformasının Amerika Birləşmiş Ştatlarının mərkəzi regionundakı serverlərinindəki məlumatlara və Microsoft 365 proqramlarına çıxışını bloklayan kəsilmə baş verdi.[14][15] Microsoft-a görə, iki insident əlaqəli deyildi lakin bu təsirə məruz qalan şirkətlərin müştəriləri üçün problemləri daha da mürəkkəbləşdirib.[16]
İyulun 19-da saat 04:09-da (UTC) Azure-da Windows virtual maşınları yenidən işə düşməyə və sıradan çıxmağa başladı.[17] 06:48-də Google Compute Engine[ing.] də problem barədə məlumat verdi. 07:15-də Google CrowdStrike yeniləməsinin səhv olduğunu elan etdi.[18]
CrowdStrike-ın icraçı direktoru Corc Kurtz[ing.] kəsintiyə səbəbin kiberhücum deyil, CrowdStrike-in səhv drayver yeniləməsinin olduğunu təsdiqlədi.[19][20][21]
Kəsintilər bütün dünyada yaşanıb.[22][23][24] Dünya üzrə çoxsaylı korporativ İT sistemləri Windows və CrowdStrike proqram təminatından istifadə etdiyinə görə, bir çox biznes sektorlarında kəsintilər olduğu bildirilib.[25] CrowdStrike-in 24.000-dən çox müştərisi var.[26] Müştərilərin çoxu qlobal korporasiyalar olduğu üçün təsirə məruz qalan fərdi kompüterlərin sayını müəyyən etmək çətindir.[27] 2021-ci ildə Fortune 500 siyahısındakı şirkətlərin təxminən 47%-nin CrowdStrike müştəriləri olduğu təxmin edilirdi.[28] CrowdStrike öz internet saytında Fortune 500 siyahısındakı şirkətlərinin təxminən 60%-nə xidmət göstərdiyini iddia edirdi.[29] Çin insidentdən böyük ölçüdə təsirlənmədi.[30]
Microsoftun işində baş verən qlobal texniki nasazlıq bütün dünya üzrə hava limanlarının və hava yollarının fəaliyyətini dayandırmasına səbəb oldu.[31] Qlobal miqyasda ən azı 3200 kommersiya reysinin təxirə salındığı açıqlanıb.[32]
Türk Hava Yolları biletlərin bron edilməsi və qeydiyyatda ciddi problemlərə səbəb olan qlobal fasilə barədə xəbərdarlıq edib.[34]
Hadisə ilə əlaqdar[35] Microsoft və CrowdStrike səhmlərinin qiyməti aşağı düşüb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.