Amerikalı film rejissoru və prodüseri From Wikipedia, the free encyclopedia
Con Malkolm Stal (ing. John Malcolm Stahl; 21 yanvar 1886[1][2], Bakı – 12 yanvar 1950[1][2], Hollivud, Kaliforniya[3]) — amerikalı kinorejissor və prodüser. O, daha çox "Onu cənnətə buraxın (1945)", "Həyatın imitasiyası" (1934), "Krallığın açarları" (1945) və "Arxa küçə" (1932) kimi filmləri ilə tanınır.
Con Stal | |
---|---|
Doğum tarixi | 21 yanvar 1886[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 yanvar 1950[1][2] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist |
IMDb | ID0821472 |
Vikianbarda əlaqəli mediafayllar |
Yakob Morris Strelitski Bakıda rus-yəhudi ailəsində anadan olub.[4][5] O, uşaq olanda ailəsi Rusiya imperiyasını tərk edərək Nyu-Yorka köçüb. Gənc yaşda Con Malkolm Stal adını götürüb və əvvəlcə teatrda, sonra isə şəhərin böyüyən kino sənayesində işləməyə başlayıb. İlk qısametrajlı səssiz filmini 1913-cü ildə çəkib.
1919-cu ildə Hollivudda Louis B. Mayer Pictures ilə müqavilə bağlayıb. 1924-cü ildə MGM Studios-u quran Mayer komandasının üzvlərindən biri idi. 1927-ci ildə Stal Kino Sənəti və Elmləri Akademiyasının otuz altı qurucu üzvündən biri olmuşdur. 1927-ci ildən 1929-cu ilə qədər qısa müddətli müstəqil Tiffany Pictures studiyasında icraçı olub və şirkətin adını "Tiffany-Stahl Productions" olaraq dəyişdirib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.