From Wikipedia, the free encyclopedia
Con Kornfort(ing. Sir John Warcup 'Kappa' Cornforth; 7 sentyabr 1917[1][2][…], Sidney[3] – 8 dekabr 2013[4][1][…], Brayton, Cənub-Şərqi İngiltərə[d]) — Avstraliya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1975).
Con Kornfort | |
---|---|
ing. John Warcup 'Kappa' Cornforth | |
Doğum tarixi | 7 sentyabr 1917[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 2013[4][1][…] (96 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | üzvi kimya |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | Kimya üzrə Nobel mükafatı (1975) |
Vikianbarda əlaqəli mediafayllar |
Con Kornfort 1917-ci ilin sentyabrın 7-də Avstraliyada Sidney şəhərində anadan olmuşdur. Sidney və Oksford (1939-cu ildən) universitetlərində oxumuşdur. İkinci Dünya müharibəsi zamanı R. Robinsonun rəhbərliyi ilə penisillinin quruluşunu aydınlaşdırmaq üzrə İngilis-Amerika proqramında iştirak etmişdir. 1946–1962-ci illərdə tibbi tədqiqatlar üzrə şurada (Böyük Britaniya) işləmiş, 1962–1975-ci illərdə "Şell" firmasının kimyəvi enzimologiya laboratoriyasının direktoru, 1975-ci ildən Sussek Universitetinin professoru olmuşdur. Əsas elmi işləri stereokimya və bioüzvi kimyaya aiddir. 1951-ci ildə qeyri aromatik steroidin ilk total sintezini həyata keçirmişdir. Xoles terinin biosintezinin mexanizmini aydın laşdırmışdır. Bu işin gedişində "nişanlanmış sələf" üsulunun inkişafına fundamental xidmət göstərmişdir.
Con Kornfort 1959-cu ildə uyğun xlorhidrinlərdən sis və ya trans olefinlərin stereospesifik sintezini kəşf etmişdir. Bu sintezdə xlorhidrinlər epoksidlərə çevrilir, epoksid hidrogen yodid ilə parçalanır və alınan yodhidrinlər piridində fosforoksixlorid və qalay xloridin qarışığı ilə reduksiya olunur.
Kornfort ilk dəfə olaraq N-asetilneyramin turşusunu, o-oksazolu sintez etmişdir. 1975-ci ildə "Fermentativ kataliz reaksiyalarının stereokimyası üzrə işlərinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.