Con Cekson
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Con Cekson (ing. John Hughlings Jackson; 4 aprel 1835[2][3][…], Yorkşir[d], Birləşmiş Krallıq – 7 oktyabr 1911[2][3][…], London) – ingilis oftalmoloqu və nevropatoloqu; tibb doktoru (1860), London Kral Cəmiyyətinin (1878) və Kral Həkimlər Kollecinin fəxri üzvü.[4]
Con Cekson | |
---|---|
ing. John Hughlings Jackson | |
| |
Doğum tarixi | |
Doğum yeri | Yorkşiir |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | London |
Dəfn yeri | |
Milliyyəti | ingilis |
Elm sahələri | nevrologiya, Epilepsiya[1] |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
London xəstəxanaları və hospitallarında işləmişdir. 1870-ci ildə epilepsiyanın formalarından birini, bulbar alternasiya edən sindromu təsvir etmiş, hərəki mərkəzlərin lokalizasiyasının insanın böyük beyin yarımkürələri qabığının ön mərkəzi şırımında olduğunu müəyyən etmişdir (1864).[4]
İlk dəfə (1864) mərkəzi sinir sistemi xəstəliklərinin diaqnostikası üçün oftalmoskopiyanın əhəmiyyətini göstərmiş, böyük beyin yarımkürələri qabığının müvafiq sahələrinin funksional pozulmaları ilə epilepsiya və epilepsiyaya oxşar tutmaların əlaqəsini əsaslandırmış (1875), sensor aqnoziyanı təsvir etmişdir (1866).
Mərkəzi sinir sisteminin təkamülü və dissolyusiyası haqqında Con Ceksonun fikirləri təkamül morfologiyasının inkişafına və sinir sistemi xəstəlikləri zamanı bir sıra klinik simptomların şərh olunmasına təsir göstərmişdir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.