From Wikipedia, the free encyclopedia
Con Boyd Orr, 1-ci Baron Boyd Orr — (23 sentyabr 1880-25 iyun 1971), 1935-dən 1949-cu ilə qədər Ser John Boyd Orr, Şotlandiyalı müəllim, həkim, bioloq, fizioloq, siyasətçi, iş adamı və qidalanma mövzusunda elmi araşdırmalarına, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (LATI /FAO/) ilk baş direktoru olaraq gördüyü işlərə görə Nobel sülh mükafatına layiq görülmüş fermer.
Con Boyd Orr | |
---|---|
Lord Boyd Orr | |
Doğum tarixi | 23 sentyabr 1880[1][2][…] |
Vəfat tarixi | 25 iyun 1971[1][2][…] (90 yaşında) |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Milliyyəti | Şotland |
Həyat yoldaşı | Elizabet Pirson Kallum (evlənib-1915) |
Elm sahələri |
|
Elmi dərəcələri | |
İş yerləri |
Qlazqo Universiteti Rovet İnstitutu Aberdin Universiteti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı |
Alma-mater | Qlazqo Universiteti |
Təhsili | |
Tanınmış yetirmələri |
Deyamid Noel Paton Samuel Qemmil |
Tanınır | qida mütəxəssisi |
Üzvlüyü |
|
Mükafatları |
Nobel Sülh Mükafatı (1949) Şərəf Cəngavərləri ordeni Hərbi Xaç (Böyük Britaniya) Fəxri Xidmət Ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Dünya İncəsənət və Elm Akademiyasının (WAAS) həmtəsisçisi və ilk prezidenti (1960–1971) idi.[6][7] 1945 -ci ildə Milli Sülh Şurasının prezidenti seçildi və Dünya Sülh Təşkilatları Birliyinin və Dünya Federal Hökuməti Hərəkatının prezidenti oldu.[8]
Con Boyd Orr, Şotlandiyanın Şərqi Erşir, Kilmarnok yaxınlığındakı Kilmaurs şəhərində, yeddi uşaqlı bir ailənin ortancıl övladı olaraq dünyaya gəlmişdi. Atası Robert Klark Orr, daş ocağı sahibi və Şotlandiya Azad kilsəsinin üzvü olan dərin dini inanclara sahib bir adam idi. Anası Anni Boyd, Robert Orrdan daha varlı başqa bir ocaq ustasının və Mason lojası qrossmeysterinin qızı idi.
Kiçik yaşlarında oxumağı ona ailəsi ilə birlikdə yaşayan dul nənəsi öyrətmişdi.[9] Kitabla zəngin evə sahib idilər və atası siyasət, sosiologiya, metafizika və dini mövzularda çox kitab oxuyurdu. Con böyüdükcə atası, qardaşları və qonaq gələn dostları ilə bu mövzuları müntəzəm olaraq müzakirə edərdi. Con axşamlar müntəzəm ailə ibadətində iştirak edirdi.[9]
O, beş yaşında ikən Robert Orrun sahibi olduğu gəmi dənizdə itkin düşdükdə ailə çətinliyə uğradı. Kilmaursdakı evlərini satmalı oldular və Şimali Erşir sahilindəki Qərbi Kilbrayd kəndinə köçdülər. Ailənin maddi imkanlarının azalmasına baxmayaraq, yeni ev və mühit Kilmaursdakından da böyük inkişaf idi. Uşaqlığının xeyli hissəsi Qərbi Klibrayd və onun ətrafında keçdi. On üç yaşında dörd aylıq fasilə istisna olmaqla, on doqquz yaşına qədər kənd məktəbində oxudu, son dörd ildə şagird-müəllim olaraq təjsil aldı. Din o zaman Şotlandiyada kiçik təhsilin vacib bir hissəsini təşkil edirdi və məktəb ona ömrü boyu yanında qalan Müqəddəs kitabı İncil haqqında yaxşı bilik verdi.[10]
On üç yaşında, Boyd Orr, Kilmarnok Akademiyasına burs qazandı ki, bu cür burslar nadir idi. Yeni məktəb Qərbi Kilbrayddakı evindən təxminən 20 mil (32 km) məsafədə idi, ancaq atasının Akademiyadan 3 mil aralıda bir daş ocağı var idi və Con yaxınlıqda yaşayışla təmin edildi. Ailəsi Akademiyada təhsilini kəsir, çünki məktəbə getməsinin hesabına, daş ocağı işçiləri ilə vaxt keçirirdi. Dörd aydan sonra Qərbi Kilbrayddakı kənd məktəbinə qayıtdı və təhsilini müdir Con G. Lyonsun ilham verici rəhbərliyi altında davam etdirdi.[10] Orada birinci il üçün 10 funt, ikinci il üçün 20 funt sterlinq maaşla həm də müəllim oldu. Bu, gənc Boyd Orr üçün xüsusilə çətin dönəm idi, çünki müəllimlik vəzifələrinə əlavə olaraq, universitetə qəbul olmaq və müəllim hazırlığı üçün evdə təhsil almaqla yanaşı, hər gün atasının işi ilə də məşğul olmalı idi. [10]
Dörd il həm tələbə, həm də müəllim olduqdan sonra, 19 yaşında, Qlazqodakı müəllim hazırlığı kollecində oxumaq və üs5təlik orada yaşayışı üçün Kraliça təqaüdü qazandı. Kurs, universitetdə klassiklərə əsaslanan üç illik İncəsənət kursunu izləməklə yanaşı kollecdə dərslərə qatılmağı tələb edirdi. Boyd Orr universitetə qəbul imtahanlarını verdiyindən, universitetin ödənişləri də qarşılanırdı. Kursda vacib olan universitet təhsili idi.[11]
Boyd Orr universitet kursunu tənqid etdi, çünki imtahanlardan keçmək üçün lazım olan zəhmət, fərqli sosial mənşəli tələbələrlə görüşmək və müzakirə etmək üçün kifayət qədər vaxt vermirdi.
Qlazqoda təhsil alarkən, ümumiyyətlə həftə sonları şəhəri araşdırırdı. Daha sonra şəhərin böyük bir hissəsini təşkil edən yoxsulluqdan əziyyət çəkən gecəqondularda və evlərdə gördüklərindən çox təsirləndi. Uşaqlarda raxitlik baş almışdı, yetkinlərin çoxunun qidalanması (bəzi hallarda, sərxoşluqla əlaqəli) zəif idi, yaşlıların çoxu yoxsul idi. 1902 -ci ildə magistraturanı bitirdikdən sonra ilk müəllimlik işində yoxsul məhəllələrdəki məktəbə göndərildi. Onun birinci sinfi həddindən artıq çox idi və uşaqlar çox ac idilər, geyimləri çox aşağı səviyyədə və fiziki cəhətdən də çox zəif idilər. Belə vəziyyətdə uşaqlara dərs verə bilməyəcəyini,onların bu kasıb vəziyyətini aradan qaldırmaq üçün edə biləcəyi bir şeyin olmadığını anlayaraq bir neçə gündən sonra istefa verdi.[12]
Atasının işində bir neçə ay işlədikdən sonra üç il kasıb bölgə olan Soltkoutsdakı Kileşill məktəbində müəllimlik etdi. Boydunn daha çox müəllim müavinatına ehtiyacı vardı. O, mühasibatlıq üzrə axşam dərsinə təlimat verərək bu qərara gəlmişdi. İntensiv tədqiqatdan sonra lazımi imtahanlardan keçdi və sinifinə lazımi qaydada təlim, təhsil verirdi. Bu sinifdə oxuyaraq və öyrətməklə öyrəndiyi bilik və bacarıqlar sonrakı karyerasında çox faydalı olduğunu sübut etdi.
Boyd Orr, ürəyinin müəllimlikdə olmadığını başa düşürdü və Kraliça təqaüdü şərtləri ilə tədris öhdəliklərini yerinə yetirdikdən sonra uşaqlıqdan bəri hər zaman maraqlandığı mövzu olan biologiya sahəsinə qayıtdı. Ehtiyat tədbiri olaraq eyni zamanda tibb ixtisasına daxil oldu.
Universitetin çox stimullaşdırıcı bir mühit olduğunu təsbit etdi. Dermid Noel Paton (rəssam Josef Noel Patonun oğlu),fiziologiya professoru və Eduard Provan Katkart, Fizioloji kimya kafedrasının müdiri idi, hər ikisi də görkəmli elmi qabiliyyətə malik idilər.[13] Klinik tibb professoru Samson Qemmell ictimai işlərlə bağlı dərin düşüncəsi olan Boyd Orra heyran qaldı.[12]
Tibbi araşdırmalarının artıq yarısına çatdıqda maddi vəsaiti az qalmışdı. Ailəsindən dəstək istəməkdən çəkindi, bank köməkliyi ilə ipotekaya kirayə mənzil aldı, təhsilinin qalan hissəsini ödəmək üçün kirayəni istifadə etdi. Məzun olduqdan sonra, kiçik qazanc əldə etmək üçün əmlakını satdı.
Tibb, cərrahiyyə üzrə bakalavrı 1912-ci ildə aldı və iki il sonra, 1914 -cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək, ilin ən dəyərli tezisinə görə Bellahuston Qızıl medalını aldı.
Universitetdən ayrıldıqdan sonra, Şotlandiya ilə Qərbi Afrika arasında ticarət edən gəmidə gəmi cərrahı olaraq vəzifə aldı, çünki bu, bankın overdraftını digərlərindən daha tez ödəmək imkanı təklif etdi. Borcu qaytardıqdan dörd ay sonra istefa verdi. Daha sonra ümumi praktikanı sınadı, Soltcoutsda ailə həkimi olaraq çalışdı və orada ortaqlıq təklif edildi. Tibb karyerasının onun üçün olmadığını başa düşərək, bunun əvəzinə Eduard Provanla Katkart laboratoriyasında işləmək üçün iki illik Karneqi tədqiqat təqaüdü təklifini qəbul etdi. Orada başladığı iş, qidasızlıq, zülal[14] və kreatin mübadiləsi,[15][16] su qəbulunun insanlarda azot mübadiləsinə təsiri və hərbi xidmətə çağırılanların təlimdəki enerji xərclərini əhatə edirdi.[17]
1 Aprel 1914 -cü ildə Boyd Orr, Şotlandiya Şimal Kənd Təsərrüfatı Kolleci və Aberdin Universitetinin heyvan qidalanması ilə bağlı birgə araşdırma komitəsinin layihəsi olan Aberdin şəhərində yeni bir tədqiqat institutuna rəhbərlik etdi. Ona vəzifə əvvəlcə iş təklif edən E.P.Catkartın tövsiyəsi ilə təklif edildi, lakin Londonda fiziologiya kafedrasının lehinə bu vəzifədən imtina etdi.
Komitə kapital xərcləri üçün 5000 funt sterlinq və illik cari xərclər üçün 1500 funt sterlinq büdcə ayırmışdı. Boyd Orr bu məbləğlərin qeyri-kafi olduğunu başa düşürdü. Planlar hazırlamaq və xərcləri hesablamaq işində atasının iş təcrübəsindən istifadə edərək kapital xərcləri üçün 50.000 funt sterlinq və illik cari xərclər üçün 5.000 funt sterlinq büdcə təqdim etdi. Eyni zamanda, artıq ayrılmış 5000 funt sterlinqlə komitənin nəzərdə tutduğu kimi taxta deyil, qranitdən hazırlanmış və təklif etdiyi 50.000 funt sterlinqlik İnstitutun qolu olaraq xidmət edə biləcək şəkildə dizayn edilmiş bina göstərdi. Ən aşağı təklif olan 5030 funt sterlinqi qəbul etdi və podratçılara dərhal işə başlamalarını söylədi. Komitə məmnun deyildi, amma səhv əməli qəbul etmək məcburiyyətində qaldı. Müharibə başlayanda podratçılara divarları bitirmək əmri verildi.
Birinci Dünya müharibəsi başlayanda İngilis ordusuna qoşulması üçün ona məzuniyyət verildi və keçmiş həmkarı E.P. Katkartdan, xaricdəki piyada hissəsində tibbi komissiyada yer alması üçün kömək etdi. Katkart onun evdə daha faydalı olacağını düşünürdü və ilk olaraq Kral Ordu Tibbi Korpusunun xüsusi mülki bölməsində sanitariya ilə məşğul oldu. Çağırışçı olmayan bir neçə bölmə, evlərində təcili düşərgələrdə təlim keçirdi, bəziləri çox pis sanitar şəraitdə idi. Boyd Orr, bir çox xəstəliyin qarşısını alaraq, gigiyenanı yaxşılaşdırmaq üçün sxemləri keçə bildi.[18]
18 aydan sonra Şervud Ormançıları 1 -ci batalyonun 1-ci piyada hissəsinə tibb zabiti olaraq göndərildi. Vaxtının çoxunu xəndəklərdə keçirən Orr yaralılara qulluq edirdi. Bu cəsarətlərinə və vəzifəyə bağlılığına görə Somma döyüşündən sonra Hərbi Xaç və Üçüncü İpr döyüşündən sonra Şərəfli Xidmət ordeninə layiq görüldü. O, həmçinin batalyonun pəhrizinin yerli çöl bağlarından və tarlalardan toplanan tərəvəzlərlə tamamlanması üçün tədbirlər gördü. Nəticədə, digər bölmələrdən fərqli olaraq, tibbi müayinədə olan kişilərdən heç birini xəstəxanaya göndərməyə ehtiyac qalmadı. Adamlarının həmişəkindən daha böyük ölçüdə çəkmələr geyinmələrini şəxsən təmin edərək, xəndəklərdə çuxurlara düşməsinin qarşısını aldı.[18]
Tibbi və qidalanma sahəsindəki əlaqələrini kəsdiyindən, oxumaq və araşdırmaq üçün daha çox vaxtının olacağını düşün donanmaya köçürülməsini istədi. Ordu onu buraxmaq istəmədi, amma hələ də mülki cərrah olduğu üçün razılaşdı. HMS Furious-a göndərilməzdən əvvəl, Katam tərsanəsi dəniz xəstəxanasında üç ay qaldı, palatalarda tibblə məşğul olarkən çox çalışırdı. Gəmidə tibbi vəzifələri yüngül idi, bu da ona çoxlu kitab oxumağa imkan verirdi. Daha sonra ordunun ərzaq ehtiyaclarını öyrənmək üçün işə çağırıldı.
1919 -cu ilin əvvəlində Boyd Orr Aberdinə qayıtdıqda, daha böyük institut planı hələ də qəbul edilməmişdi. Həqiqətən də, illik təmir qrantı planlarını belə Kembric Universiteti Kənd Təsərrüfatı professoru Tomas Barlou Vud təsdiqləməli idi. Sonuncunun dəstəyini qazanmasına baxmayaraq, illik qrantı 4000 funt sterlinqə qaldırmağı bacarmasına baxmayaraq, genişləndirmə planları əvvəlcə geri çevrildi.[19] 1920 -ci ildə, müharibə zamanı qazandığı böyük qazanclarla iş adamı olmuş Con Kuiller Rovet ilə tanış oldu. Qısa müddət sonra, hökumət, Boyd Orr planının dəyərinin yarısını maliyyələşdirməyi qəbul etdi. Rovett birinci il üçün 10.000 funt, ikinci il üçün 10.000 funt sterlinq verməyi qəbul etdi və "əgər İnstitutda heyvan qidalanması ilə bağlı edilən hər hansı bir işin insan qidalanması ilə əlaqəli olduğu təsbit edilərsə, İnstitutun bu işi təqib etməsinə icazə veriləcəyi" təqdirdə əlavə olaraq 2000 funt sterlinq verəcəyini bildirdi.[20] 1922 -ci ilin sentyabrına qədər binalar demək olar ki, tamamlandı və yenidən adlandırılan Rovett Tədqiqat İnstitutu qısa müddət sonra kraliça Mariya tərəfindən açıldı.[21]
Boyd Orr, həm dövlət, həm də özəl mənbələrdən güclü maliyyə toplayaraq, təcrübəli təsərrüfatı 1000 hektara (4.0 km²) qədər genişləndirərək, yaxşı bir kitabxana quraraq binaları genişləndirdi. O, institutun getdikcə artan nüfuzu ilə cəlb olunan tələbə və elm adamlarını yerləşdirmək üçün bir mərkəz də qurdu, bu nüfuz Boyd Orrun bir çox nəşrləri ilə artırıldı.[22] Araşdırmalarında bəlirli nəticələrin əldə edilməsi üçün, vaxtının çoxunu maddi gücün əldə edilməsinə sərf etməyə məcbur olduğu üçün, həyatının sonrakı illərində qeyd edirdi: "Vaxtımın yarısını İnstitut üçün pul ovlamaq işində keçirmək məcburiyyətində olduğum üçün hələ də acı çəkirəm".[21]
1920 -ci illərə qədərki araşdırmaları əsasən heyvan qidalanmasına həsr olunmuşdu, həm tədqiqatçı, həm də insanların pəhrizini yaxşılaşdırmaq üçün fəal lobbiçi və təbliğatçı kimi insan qidalanmasına yönəlmişdi. 1920 -ci illərə qədər öz araşdırması əsasən heyvan qidalanmasına həsr olunmuşdu, həm tədqiqatçı, həm də insanların pəhrizini yaxşılaşdırmaq üçün fəal lobbiçi və təbliğatçı kimi insan qidalanmasına yönəlmişdi. 1927 -ci ildə məktəblilərə verilən südün maddiyatını sübuta yetirdi, bu, İngiltərədə məktəblərin pulsuz süd ilə təmin edilməsinə səbəb oldu. 1936 -cı ildə etdiyi "Qida, Sağlamlıq və Gəlir" hesabatı, İngiltərə əhalisinin ən azı üçdə birinin çox kasıb olduğunu göstərdi və məktəblərdə az gəlirli, qidalanmamaq və müvəffəqiyyətsizlik arasında əlaqə olduğunu ortaya qoydu.[23]
1929 -cu ildən 1944 -cü ilə qədər Boyd Orr, Rovett Araşdırma İnstitutunda yerləşən Heyvan Qidalanma Bürosunun, daha sonra Birlik Qidalanma Bürosunun (Beynəlxalq Kənd Təsərrüfatı və Biologiya Mərkəzi) məsləhətçi direktoru idi. İkinci Dünya müharibəsi əsnasında Çörçillin Ərzaq Siyasəti Elmi Komitəsinin üzvü idi və qida rasionunun formalaşdırılmasına köməklik etdi.[23]
1945 -ci ilin oktyabrında Orr Müstəqil Proqressiv namizəd olaraq Qlazqo Universitetinin rektoru seçildi. 1945-ci ilin aprelində bütöv Şotlandiya Universitetləri üçün müstəqil millət vəkili (millət vəkili) seçildi və qısa müddət sonra ümumi seçkilərdəki yerini qorudu. 1946 -cı ildə istefa verdi.[24]
İkinci Dünya müharibəsindən sonra Boyd Orr, Rovet İnstitutundan istefa verdi və Birləşmiş Millətlər Təşkilatının yeni Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru olaraq yeni vəzifəyə keçdi.[25][26] Bu vəzifə müddəti qısa olsa da (1945-1948),o, Beynəlxalq Təcili Qida Komitəsi (IEFC) vasitəsi ilə müharibədən sonrakı ərzaq çatışmazlığını aradan qaldırmaqla yanaşı, qida istehsalının və onun ədalətli paylanmasının yaxşılaşdırılması üçün hərtərəfli planlar təklif etməklə də məşğul idi. Geniş miqyaslı əmtəə saxlama yolu ilə qiymət sabitliyini artırmaq üçün Dünya Qida Şurasının yaradılması təklif etdi. İdarə heyəti İngiltərə və ABŞ -ın dəstəyini ala bilməsə də, Boyd Orr, Birləşmiş Millətlər Təşkilatının yeni ixtisaslaşmış agentliyinin möhkəm təməlini qoydu.[27][28][29]
Daha sonra FAO-dan istefa verdi və bir sıra şirkətlərin direktoru oldu və xeyli şəxsi sərvət qazanaraq birjada investor olduğunu sübut etdi. 1949 -cu ildə Nobel Sülh mükafatını alanda bütün maliyyə mükafatını dünya sülhünə və vahid dünya hökumətinə həsr olunmuş təşkilatlara bağışladı.[30]
1960 -cı ildə Boyd Orr, elmi kəşflərin, xüsusən də nüvə silahlarının potensial sui -istifadə edilməsindən narahat olan o dövrün tanınmış alimləri tərəfindən qurulan Dünya İncəsənət və Elm Akademiyasının ilk prezidenti seçildi.
1915 -ci ildə Boyd Orr, Vest Kilbraydda tanış olduğu Elizabet Pirson Kallum ilə evləndi.[31][32] Onların 3 övladı: Elizabet Con (1916 -cı il təvəllüdlü), Helen Anne (1919 -cu il təvəllüdlü) və Donald Noel (1921–1942) dünyaya gəlir.[33] Oğlu İkinci Dünya müharibəsində həqiqi xidmət zamanı öldürülür.[7]
Boyd Orr 25 iyun 1971 -ci ildə Şotlandiyanın Brikin şəhərində öldü; vəfat etdikdə 90 yaşı vardı.[7]
Qlazqo Universitetində Boyd Orr binası və adına Boyd Orr Əhali və Ekosistem Sağlamlığı Mərkəzi var və Universitetin Hanter muzeyində onun Nobel medalı saxlanılır.[34] Erşirdəki Kilmaurs şəhərində, Brikin, Anqas, Penikuik, Midlotin, Aberdin və Soltkouts, Erşirdə Boyd Orr adına küçələr var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.