Con Şalikaşvili
From Wikipedia, the free encyclopedia
Con Malkaz David Şalikaşvili (gürc. ჯონ მალხაზ დავით შალიკაშვილი; ing. John Malchase David Shalikashvili; 27 iyun 1936[1][2], Varşava – 23 iyul 2011[3][1][…], Madiqan Ordu xəstəxanası[d], Vaşinqton) — 1992-1993-cü illərdə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, 1993-1997-ci illərdə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin 13-cü sədri vəzifəsində çalışmış ABŞ generalı.[5] O, Varşavada mühacirətdə olan gürcü zabit Dimitri Şalikaşvili və onun polşalı həyat yoldaşı Mariya Rüdiqer-Belyayevanın ailəsində anadan olub. 1996-cı ildə Hərbi Dənizçilik Kollecinin Məzunlar arasında Görkəmli Liderlik Mükafatının ilk laureatı olmuşdur.[6]
Con Şalikaşvili | |
---|---|
ing. John Shalikashvili | |
| |
Şəxsi məlumatlar | |
Doğum adı | John Malchase David Shalikashvili |
Doğum tarixi | 27 iyun 1936(1936-06-27)[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 iyul 2011(2011-07-23)[3][1][…] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d] |
Xidmət illəri | 1958-ci ildən |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Şalikaşvili ABŞ-də anadan olmayan ilk və hələki yeganə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsi sədridir. O, taqımdan diviziyaya qədər hər bir bölmə komandanlığında xidmət etmişdir.[7] 2011-ci ildə, 75 yaşında olarkən vəfat edib.[8]