From Wikipedia, the free encyclopedia
Ceyms Hetton (ing. James Hutton; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın banisi olan Hetton, həm də aktualizm və plutonizm nəzəriyyəsinin yaradıcısı hesab olunur.[2]
Ceyms Hetton | |
---|---|
James Hutton | |
Doğum tarixi | |
Doğum yeri | Edinburq Şotlandiya |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Edinburq Şotlandiya |
Dəfn yeri | |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Elm sahələri | Geologiya , Kimya |
İş yerləri | Edinburq Universiteti , Paris Universiteti |
Təhsili | |
Tanınır | Müasir geologiya elminin banisi, Plutonizm nəzəriyyəsinin yaradıcısı. |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Hetton 1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olmuşdur. Atasını tez itirən Hatton Edinburq Kral məktəbini bitirmiş və 14 yaşında Edinburq universitetinin hüquq fakultəsinə daxil olmuş. 18 yaşında fizika labaratoriyasında assistent olmuş, sonra Parisə gedərək orada üç il yaşamışdır. 1749-cü ildə Leyden Universitetində tibb elimləri doktoru olmuş.
1750-ci ildə sonra Hetton kənd təsarrüfatı və geologiya ilə maraqlanmağa başladı. 1768-ci ildə şəxsi fermasını kirayəyə verərək Hatton geologiya ilə ciddi maraqlanmağa başladı. Ceyms Hetton Şotlandiyanın tanınmış alimləri olan Ceyms Vatt və Adam Smit ilə yaxın dost idi.
Ceyms yüksək müşahidə qabiliyyətin malik idi. Onun əldə etdiyi ən mühüm nəticələrdən biri qranit və bazaltların maqmatik mənşəli olması qənaətinə gəlməsidir. Bununla da o, plutonizm nəzəriyyəsinin əsasını qoyur. O, bu nəzəriyyəsi barədə əvvəlcə Edinburq kral elmi cəmiyyətdə məruzə edir. Sonra isə həmin məruzəni cəmiyyətin jurnalda dərc etdirir. Hetton Yerin tsiklik inkişaf modelini verir:
Bizim planet dinamiki tarazlıq vəziyyətindədəir. Vulkanların püskürməsi sayəsində planetimiz daim daxili hərəkətlərdən azad olur və qurunun qalxması hadisəsi baş verir. Dənizlərdə çıküntülər əmələ gəlir. Yerin mənzərəsi kataklizmlər nəticəsində deyil, tədricən dəyişir. Təbiətdə baş verən bütün hadisələr sabit xarakterlidir...[3] |
Hetton elmə uniformizm (aktualizm) adlanan "geoloji proseslərin saxlanması" prinsipini gətirmişdir. Sonralar bu fikiri onun varisi Çarlz Layel inkişaf etdirmişdir. Bu nəzəriyyə üzərində Hetton uzun müddət işlədikdən sonra ikicildlik " Yer nəzəriyyəsi" traktatı işıq üzü görür.[4] Lakin öz həmkarlarının müsbət rəyini eşitməmiş Hetton dünyasını dəyişir.
1970-ci ildə Beynəlxalq astronomiya cəmiyyəti Ayın görünməyən tərəfində olan bir krateri Hettonun adı ilə adlandırmş.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.