From Wikipedia, the free encyclopedia
Ceylanyar xanım (1830, Soçi – 17 yanvar 1855, Feriye sarayı, Osmanlı imperiyası və ya İstanbul, Osmanlı imperiyası) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal.[1][2][3][4]
Ceylanyar xanım | |
---|---|
osman. جیلان یار خانم | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nefiye Berzeg |
Doğum tarixi | 1830 |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 1855 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Bərzəx Mustafa bəy |
Anası | Daruxan Dudaruk |
Həyat yoldaşı | |
Uşağı | Mehmed Rüşdü Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Əslən ubıx olan Ceylanyar xanım 1830-cu ildə indiki Soçidə dünyaya gəldi. Əsl adı Nafiyə olub, atası Bərzəx Mustafa bəy, anası isə Daruxan Dudarukdur. Hələ 10 yaşında ikən ailəsi tərəfindən İstanbula gətirilmiş, təlim-tərbiyə görməsi üçün Osmanlı hərəminə verilmişdir. Uzun illər keçmiş Çırağan sarayındakı hərəmdə, ardından Adilə Sultanın sarayında təlim-tərbiyə edildi. Adilə Sultan tərəfindən Sultan Əbdülməcidə təqdim olunmuş, ardından 1847-ci ildə nigahlanaraq Sultan Əbdülməcidin ikinci iqbalı oldu. Adı Ceylanyar olaraq dəyişdirildi və mərasim səbəbilə ailəsi İstanbula gətirildi. Bacıları Almazxan xanım və Pürtünak xanım saraya alınaraq Ceylanyar xanıma nədimə təyin edildi, qardaşına isə Bandırma yaxınlığında geniş torpaq mülkləri hədiyyə edildi.
Yeganə övladı olan Şahzadə Mehmed Rüşdü Əfəndi 31 mart 1852-ci ildə dünyaya gəlsə də, 9 ay sonra körpə ikən vəfat etdi. Övladının vəfatından sonra səhhəti pisləşən Ceylanyar xanım Fəriyə sarayına göndərildi və müalicə səbəbilə bir müddət burada yaşadı. Ancaq səhhəti daha da pisləşən Ceylanyar xanım 17 yanvar 1855-ci ildə burada vəfat etdi. Cənazəsi Fatehdəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn olundu.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.