From Wikipedia, the free encyclopedia
Ceremi Bentam (ing. Jeremy Bentham; 15 fevral 1748[1][2][…], London[3] – 6 iyun 1832[1][2][…], London, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[4]) — Britaniyalı filosof, hüquqşünas, moralist və utilitarizm nəzəriyyəçisi.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ceremi Bentam | |
---|---|
ing. Jeremy Bentham | |
Doğum tarixi | 15 fevral 1748[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 1832[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Dövr | Maarifçilik dövrü |
İstiqaməti | Utilitarizm |
Əsas maraqları | fəlsəfə, hüquq[3], Sosial fəlsəfə[3], Mülki və siyasi hüquqlar[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Bentam varlı hüquqşünas ailəsində anadan olmuşdur. Oksford Universitetini bitirdikdən sonra ona vəkil vəzifəsi verilmiş, ancaq tezliklə hüquqşünas praktikasından imtina etmiş və əxlaqi fəlsəfə və nəzəri hüquqşünaslıq sahəsində araşdırmalara başlamışdır və hüquq islahatları məsələləri ilə məşğul olmuşdu. Ş. L. Molteskyö, Ç. Bekkaria, xüsusən K. A. Helvetsi ona güclü təsir göstərmişlər.
"Sələmin müdafiəsi" (1787) əsərində subut edirdi ki, borc pul faizini məhdudlaşdıran qanunlar həm iqtisadi, həm də hüquqi cəhətdən özünü doğrultmur. Bentam bir sıra əsərlərində islah müəssisələrində islahatlar aparılması zərurətini əsaslandırırdı. Bentam "Əxlaq və qanunvericiliyin əsaslarına giriş" (1789) və "Deontologiya, yaxud Əxlaq haqqında elm" (1834) əsərlərində əxlaq və qanunvericiliyin əzəli mücərrəd başlanğıclarını rədd edir və təcrübənin inkaredilməz nəticələri əsasında insan fəaliyyətinin bütün cəhətlərini əhatə edən nəzəriyyə yaratmağa çalışırdı. Bentam təbii hüquq, təbii varidat, ictimai müqavilə kimi anlayışları əsassız sayırdı. Belə ki, hüquq qanunla yaradılır, iradəni ifadə edən qanun isə idarəetməni və birgəyaşayışı nəzərdə tutur. Fərdlərin hüquqlara malik olmasından çıxış edən ictimai müqavilə nəzəriyyəsi tarixi əsaslardan məhrumdur: idarəetmə (deməli, dövlət) ya tarixən yaranmış şəraitin nəticəsi kimi, ya da güc tətbiq etməklə qurulur. Bentama görə, hüquqlar yalnız konkret ola bilər: cəmiyyətə faydalıdırsa mövcuddur, faydasızdırsa ləğv edilməlidir ("Anarxiyanın yanlışlıqları", 1791–95); azadlığı məhdudlaşdıran qanun qəbul olunandır, çünki qayda-qanunu və yaxşı idarəetməni, deməli həm də vətəndaşların şəxsi maraqlarını təmin edir. Lakin hər şeydən əvvəl insanların hökumət zorakılığından müdafiəsi təmin olunmalıdır ki, bunun da yeganə vasitəsi demokratiyadır. İnsanların davranışı müxtəlif, o cümlədən siyasi (cəza və mükafat), əxlaqi (ictimai rəy), dini sanksiyalarla reqlamentləşdirilə bilər. Burada Bentam təhsilə xüsusi rol ayırmış, onu "dolayı qanunvericilik" adlandırmışdı. Cəza hüquq pozanların islahı üçün deyil, digərlərinin ibrət alması məqsədilə tətbiq edilir. Qanunvericiliyin Bentam tərəfindən işlənib-hazırlanmış kodlaşdırılması prinsipləri bir çox ölkələrin (Fransa, Almaniya, Hindistan, Avstraliya, Kanada və s.) qanunvericiliyində istifadə edilmişdir. Onun inkişaf etdirdiyi iqtisadi davranışın məqsəd və meyarı kimi başa düşülən faydalılıq fəlsəfəsi 19 – 20 əsrlər iqtisad nəzəriyyələrinin əsaslarından biri olmuşdu. Ceyms Mill, Con S. Mill, C. Ostin və b. onun ardıcılları olmuşlar. Bentamın ideyaları marjinalizmin yaranmasında vacib rol oynamışdı.
O sudebnıx dokazatelğstvax. K., 1876.
Pokrovskiy P. Bentam i eqo vremə. P., 1916.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.