![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8e/Jawi_alphabet.png/640px-Jawi_alphabet.png&w=640&q=50)
Cavi əlifbası
From Wikipedia, the free encyclopedia
Cavi əlifbası və ya Yava əlifbası (Cavi: توليسن جاوي; Tulisān Jāwī) ərəb əlifbasının Cənub-Şərqi Asiya dillərinə müvafiq edilmiş olan formasıdır. Malay, Açe, Tay, Bancar, Minanqkabau, Tausuq dili və bir çox digər Cənub-Şərqi Asiya dillərində yazı üçün bu əlifbadan istifadə edilir. Cavi əlifbası Bruneydə rəsmi əlifba hesab olunur. Malayziyada isə alternativ əlifba kimi istifadə olunur. İndoneziyada, Sinqapurda, Filippinin cənub hissəsində yerləşən Müsəlman Mindanao Muxtar Regionunda və Taylandda müsəlmanların çoxluq təşkil etdiyi Pattanidə dini məqsədlər üçün bu əlifbadan istifadə olunur.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8e/Jawi_alphabet.png/640px-Jawi_alphabet.png)