Şabalıd (lat. Castanea) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Bağla

Arealı

Şabalıd Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur.

Botaniki xarakteristikası

Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir. Şabalıdın meyvəsi oktyabr-noyabrda yetişir. Meyvəsi tikanlı qərzəkdir. Yetişəndə qərzək ayrılır və içində iki və üç ədəd şabalıd olur. Bunlar yarpaq və ya oval şəklindədir. Yumru formada olanları çox azdır. Meyvənin üst qabığı tünd və ya açıq darçını, şabalıdı rəngdədir. Şabalıd meyvəsinin üst qabığının altında nazik, pənbəli yumşaq örtük vardır. Bunun altında ağ, şirin, iki hissəli ləpə yerləşir.

Şabalıd 20-25 yaşından meyvə verir. 100-150 il ömür sürür. 1000 illik şabalıd ağacları mövcuddur. Yüksək məhsul 2-3 ildən-bir olur. Azərbaycanın meşələrində və bağlarında bitən şabalıdın bir çox müxtəlif formaları vardır.

Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% C, 0,18 mq% B1 vitamini vardır.

Şabalıd təzə halda yeyilir. Onu qovurduqda dadı və ətri yaxşılaşır. Azərbaycanda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazırlanmasında), aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur.

Qurudulmuş şabalıddan alınan un, başqa ölkələrdə çörəyə və qənnadı məmulatına qatılır. Ondan qəhvə əvəzediciləri və spirt də istehsal edirlər.

Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də yarpaqlarından çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər.

Sinonimləri

Heterotipik sinonimləri

  • Castanophorum Neck.

Növləri

  • Castanea alabamensis Ashe
  • Castanea crenata Siebold & Zucc.
  • Castanea dentata (Marshall) Borkh.
  • Castanea henryi (Skan) Rehder & E.H.Wilson
  • Castanea mollissima Blume
  • Castanea × neglecta Dode
  • Castanea ozarkensis Ashe
  • Castanea pumila (L.) Mill.
  • Əkin şabalıdı (Castanea sativa Mill.)
  • Castanea seguinii Dode

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.