Cənubi Georgiya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir
Cənubi Georgiya | |
---|---|
ing. South Georgia, | |
Ümumi məlumatlar | |
Sahəsi | 3528 km² |
Uzunluğu |
|
Eni | 30 km |
Hündür nöqtəsi | 2934 m |
Əhalisi | 23 nəfər (2001-ci il) |
Yerləşməsi | |
54°19′00″ c. e. 36°41′00″ q. u.HGYO | |
Ölkə | Cənubi Georgiya və Cənubi Sandviç adaları |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həm də Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır[1].
Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur. Yüksəklik əraziləri buzlaqlarla örtülüdür. Ən hündür nöqtəsi Peycet dağıdır (2934 m). Sahillərində suitilər və pinqivinlərin düşərgələri vardır. İqlimi subantarktikdir. Orta aylıq temperatur −1,5°S (iyul-avqust) və + 5,3°S (fevral) arasında dəyişir. İllik yağıntının miqdarı 1400–1500 mm arasında dəyişir. Hər zaman güçlü küləklər müşahidə edilir. Geoloji baxımından Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları və qayalıqların geniş yayıldığı Cənubi Antil silsiləsi eynidir.
Cənubi Georgiya arxipelaqı və qayalıqlar:
№ | Ada/Qayalıq (az.) | Ada/Qayalıq (en.) | Sahəsi, km² | Hündür nöqtəsi, m | Koordinatlar |
---|---|---|---|---|---|
Adalar | |||||
1 | Annenkov adası | Annenkov Island | 14,93 | 650 | 54°29′ c. e. 37°05′ q. u.HGYO |
2 | Berd adası | Bird Island | 3,9 | Roçer piki (365) | 54°00′ c. e. 38°03′ q. u.HGYO |
3 | Velkom adaları | Welcome Islands | 88 | 53°58′ c. e. 37°29′ q. u.HGYO | |
4 | Qrass adası | Grass Island | 0,26 | 5 | 54°09′ c. e. 36°40′ q. u.HGYO |
5 | Kuper adası | Cooper Island | 3,0 | 416 | 54°48′ c. e. 35°47′ q. u.HGYO |
6 | Pikersqill adaları | Pickersgill Islands | 54°37′ c. e. 36°45′ q. u.HGYO | ||
7 | Triniti adası | Trinity Island | 54°00′ c. e. 38°10′ q. u.HGYO | ||
8 | Uillis adaları | Willis Islands | 54°00′ c. e. 38°11′ q. u.HGYO | ||
9 | Cənubi Georgiya | South Georgia | 3528 | Peycet dağı (2934) | 54°15′ c. e. 36°45′ q. u.HGYO |
Qayalıqlar | |||||
10 | Blək qayalıqları | Black Rocks | 54°08′ c. e. 36°38′ q. u.HGYO | ||
11 | Blək qayası | Black Rock | 53°39′ c. e. 41°48′ q. u.HGYO | ||
12 | Klerk qayalıqları | Clerke Rocks | 55°01′ c. e. 34°41′ q. u.HGYO | ||
13 | Şaq qayalıqları | Shag Rocks | 0,2 | 75 | 53°38′ c. e. 41°48′ q. u.HGYO |
XX əsrin əvvələrində adaya Şimal maralı gətirilmişdir. Onların sayı kütləvi şəkildə artmışdır. Ancaq maralçılıq ekosistemə ağır zərbə vurmuşdur. 2012-ci ildə Böyük Britaniya ekoloqları norveçlilərə müraciət etmişlər. Bunun nəticəsində 3 min maralın ovlanması qərara alınmışdır[2].
Ada ilk dəfə ingilis taçiri Antoni de la Roşe tərəfindən 1675-ci ildə kəşf edilmişdir. Adaları ilk dəfə 1775-ci ildə Ceyms Kuk tərəfindən araşdırma aparılır. Adanın cənub-qərbi Faddey Bellinshauzen və Mixail Lazaryev tərəfindən araşdılırır (Annenkov adası, Poryadin burnu və b.).
XVIII və XIX əsrlərdə adada Britaniya və amerikalı suiti və balina ovcularının yaşayış məntəqələri olmuşdur.
Folklend adaları və Cənubi Sandviç adalarıda daxil olmaqla Cənubi Georgiya adasına iddia edir. 1905–1950 illərdə adada meteoloji stansiya fəaliyyət göstərirdi. Ada 1982-ci ildə Folklend müharibəsi zamanı bir necə günlüyünə Argentina tərəfindən ələ keçirilmişdir[3].
Hal-hazırda Qryotvikendə daimi olaraq cəmi 23 nəfər, üstəlik qütb stansiyasında da daimi olmasada insanlar yaşayır. Yay ayları onların sayı 50 nəfəri keçir. 1982–2001 illərdə adada hərbi qarnizon fəaliyyət göstərmişdir.
Keçmiş balina ovçu mərkəzi hazırda turistik mərkəz rolunu oynayır. Qryotvikendə muzey fəaliyyət göstərir. Ernest Şelktonun qəbri burada yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.