Cənubi-Ural qoruğu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Cənubi-Ural dövlət təbiət qoruğu — Başqırdıstanın Belores rayonunda, qismən isə Çelyabinsk vilayətinin ərazisində yerləşən dövlət təbiət qoruğu.
Cənubi-Ural qoruğu | |
---|---|
başq. Көньяҡ-Урал дәүләт тәбиғи ҡурсаулығы | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 252,4 min. hektar |
Yaradılma tarixi | 1978 |
Yerləşməsi | |
54°20′48″ şm. e. 57°53′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Başqırdıstan |
Yerləşməsi | Cənubi Ural |
Yaxın şəhər | Mejqorye |
south-ural-reserve.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq Sovet İttifaqı Komissiyasının və SSRİ Nazirlər Şurasının № 487—152 qərarları ilə 19 iyun 1978 -ci ildə yaradılmış. Qoruğun yaradılmasında məqsəd Cənubi Uralın dağ-tayqa ekosistemini öyrənmək və qoruyub saxlamaq idi. Cənubi-Ural qoruğu Cənubi Ural dağlarının nisbətən hündür ərazisində yerləşir. Ərazinin daha çox hissəsi Başqırdıstan Respublikasının ərazisində yerləşir. Qoruğun ümumi sahəsi 252, 8 min hektardır. Bu qoruq Başqırdıstanın və Cənubi Uralın ən böyük qoruğudur. Qoruğu ərazisinin 90 %-i Belores rayonu ərazisində yerləşir. Çelyabinsk vilayətinin Katav-İvanovski rayonunda isə qoruğun 2404 hektar ərazisi yerləşir.
Cənubi-Ural qoruğunda bir neçə dağ silsiləsi yerləşir — Maşak, Ziqalka, Narı, Kumardağ və Yamantau. Sonuncu silsilədə Böyük Yamantau zirvəsi yerləşir. Hündürlüyü 1640 metr olan bu zdağ Cənubi Uralın ən yüksək zirvəsidir.
İnzer, Kiçik İnzer, Tyulma və Yuryuzan çayları qəruq ərazində olan böyük çaylardı.
Qoruq ərazisinə giriş məhdudiyyəti qoyulub. Belə bir fikir mövcuddur ki, məhs qoruğu yaxınlıqda yerləşən Mejqorye şəhərində olan gizlin hərbi obyektə görə yaradıblar. Bu şəhər ətrafı bölgə bağlı inzibati-ərazi vahidi statusuna malikdir.
Qoruğun idarəetmə mərkəzi Belores rayonunun Revet qəsəbəsində yerləşir. Respublika paytaxtı Ufa şəhərindən buraya qədər olan məsafə 200 km-dir. Rayon mərkəzi Beloresə isə 90 km məsafə var.
Qoruq ərazisində 698 ali bitki , 226 yosun, 169 şibyə və 121 növ ğöbələk növü mövcuddur. Cənubi-Ural qoruğunda 260 növ onurğalı, 50 növ məməli, 189 növ quş və 20 balıq növü aşkar edilmiş.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.