Bəhmənyar
Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi / From Wikipedia, the free encyclopedia
Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-Azərbaycani (993 – 1067[3]) — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi[4][5], İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır.[1][6][7][8][9] Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir.[10] Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər.[11][12][13] Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır.[14] Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır.[15]
Bu məqalənin neytrallığı şübhə doğurur. (may 2024) |
Bəhmənyar əl-Azərbaycani | |
---|---|
Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-Azərbaycani | |
| |
Doğum tarixi | [1] |
Vəfat tarixi | [2] |
Vətəndaşlığı | |
İstiqaməti | peripatetizm |
Təsirlənib | İbn Sina |
Təsir edib |
Zəhirəddin əl-Beyhəqi Əbülabbas Ləvkəri Ömər Xəyyam |