Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi (東日本大震災・原子力災害伝承館?) – Yaponiyanın Fukuşima prefekturasının Futaba qəsəbəsində yerləşən muzey. Muzey 2011-ci ilin martında Yaponiyanın şərqində baş vermiş Tohoku zəlzələsi və sunamisi, eləcə də, Fukişima-1 AES nüvə fəlakəti hadisəsinə həsr olunmuşdur.
Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi | |
---|---|
Əsası qoyulub | 20 sentyabr 2020 |
Açılış tarixi | 20 sentyabr 2020 |
Ölkə | |
37°27′29″ şm. e. 141°01′35″ ş. u.HGYO | |
fipo.or.jp/lore/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Fukuşima prefekturasının hökuməti tərəfindən tikilmiş və 20 sentyabr 2020-ci ildə açılmışdır. 1 oktyabrda muzeydə Futaba Biznes İnkubasiyası və İcma Mərkəzinin açılışı baş tutmuşdur.[1]
Muzeyin məqsədi 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi və sunamisi fəlakətinin səbəb olduğu dağıntılar, eləcə də, fəlakətdən sonra aparılmış yenidənqurma işləri haqqında məlumat verməkdir. Muzeyin yerləşdiyi ərazi həm zəlzələ, həm sunami, həm də nüvə fəlakətinin fəsadları ilə üzləşmişdir. Muzey Fukuşima-1 AES-dən cəmi 4 kilometr uzaqlıqda tikilmişdir.[1]
Muzey üçmərtəbəlidir və ümumi sahəsi 5.256 ㎡ təşkil edir.[2] Muzeyin divarlarında və tavanında quraşdırılmış yeddi ekranda fəlakətin detalları və təxliyə haqqında videomateriallar nümayiş etdirilir. Ziyarətçilər fəlakət haqqında fotoların sərgiləndiyi ikinci mərtəbəyə qalxmaq üçün qıvrılmış pandusdan istifadə edirlər. Muzey yaradıcılarının sözlərinə görə bu pandus qəfil, həyat dəyişdirən fəlakətin hər kəsin başına gələ biləcəyi hissini ziyarətçilərə yaşatmaq üçün quraşdırılmışdır.[1]
Muzeyin fotosərgisi 1967-ci ildə Fukuşima-1 AES-in ilk nüvə reaktorunun tikintisini əks etdirən foto ilə başlayır. Nüvə fəlakətindən bəhs edən ikinci mərtəbə 5 bölməyə ayrılır: fəlakətin ilkin mərhələsi, fəlakətə ilkin reaksiya, yerli sakinlərin prespektivi, fəlakətin davam edən fəsadları və yenidənqurma cəhdləri. Nüvə fəlakətinin səbəb olduğu fəsadlar statistik məlumatlar, fotolar, qrafiklər və şahid ifadələri ilə nümayiş etdirilir. Burada Fukuşima-1 AES-in kiçik modeli yerləşdirilib. Damda yerləşən müşahidə nöqtəsindən dəniz divarını müşahidə etmək mümkündür.[1]
Muzeydə sərgilənən eksponatlara zəlzələ anında dayanmış saatlar, dağıntılar arasında tapılmış əşyalar, təxliyə üçün istifadə olunmuş təchizatlar daxildir. Muzeyin kolleksiyasına 240.000 əşya daxildir və onlardan 150-si sərgilənir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.