Böyük Zirə
Azərbaycanda ada / From Wikipedia, the free encyclopedia
Böyük Zirə adası[1] — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın rus işğalı dövründəki adı Nargin olmuşdur.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Böyük Zirə | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi | 1.4 km² |
Uzunluğu | 3.1 km |
Eni | 0.9 km |
Sahil uzunluğu | 10.5 km |
Əhalisi | 0 nəfər (2017-ci il) |
Yerləşməsi | |
40°17′40″ şm. e. 49°55′10″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | |
Arxipelaq | |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla